Tarix : 2011 May 01
Kod 22624

Gürcüstanda Bəhreynə dəstək, Səuda etiraz

Vəhhabiliyin bir çox ölkələrdə törətdiyi qeyri–insani hərəkətləri, çıxış edənlər tərəfindən kəskin tənqid olundu
wellpromised/ Aran agentliyi

Aprelin 29-da cümə günü, Gürcüstan Ruhaniləri, İmam Əli (ə) məscidi və Marneuli Əhli-Beyt cəmiyyəti tərəfindən Gürcüstanın müxtəlif rayon və kəndlərindən müsəlmanlar Marneuli İmam Əli (ə) adına məscidə toplaşaraq geniş tədbir keçiriblər.

Verilən məlumata görə, son zamanlar dünyada gedən proseslər, xususən vəhhabiliyin bir çox ölkələrdə törətdiyi qeyri –insani hərəkətləri, çıxış edənlər tərəfindən kəskin tənqid olundu. Kiçik musəlman ölkəsi olan Bəhreyndə, diktator kral ailəsi Ali-Xəlifənin törətdiyi ağır cinayətlər, məscidlərin uçurdulması, Quran yandırılması, silahsız vətəndaşlara atəş açılması toplaşanlar və çıxış edənlər tərəfindən məhkum olundu. Əvvəldə məşədi Elçin Daşdanov, iştirakçılara mənfur vəhhabilik cərayanının beynəlxalq imperialist quvvələr tərəfindən necə yaradıldıqı, sonrakı mərhələdə, tarixdə hansı ağır cinayətlər törətdikləri haqqında muxtəsər məlumat verdi. Borçalının hörmətli din xadimi hacı Mirhuseyn Əsədov isə dünyada gedən proseslər, məzlum Bəhreyn xalqına qarşı törədilən qətliamı pisləyərək beynəlxalq içtimayyətin bu hadisələrə göz yumduqunu önə çəkib Allahdan zalimlərə cəza, məzlumlara isə yardım istədi. Növbəti məruzəçi hacı Rizvan İsmailov son aylar islam ailəmdə baş verən xalq inqılablarını alqışlayaraq, müxtəlif musəlman ölkələrində, o cümlədə Misir, İraq, Suriya və Bəhreyndə vəhhabilərin vandallıqlarından, Ali Səud, Ali Xəlifə və Nəhayan kral ailələrinin orada törətdikləri heç bir çərçivəyə sığmayan dəhşətli cinayətləri lənətlədi. Vəhhabiliyin hakim olduğu Ali Səud rejiminin Bəhreyndə törətdiyi cinayətlər bir daha onu göstərir ki, onların İslam dininin müqəddəsliyinə heç bir ediqadları yoxdur. Hacı Rizvan, dünya KİV-lərinin və ictimaiyyətinin bu məsələni işıqlandırmaması və heç bir təpki göstərməməsi, məzlum Bəhreyn xalqının ən ağır işkəncələrə məruz qalmasına göstərilən biganə münasibəti kəskin pislədi.

Sonda, tədbirin təşkilatçıları bu tədbirin məqsədini ehtiva edən bəyannamə hazırlayıb Tbilisidə yerləşən beynəlxalq qurumların, hüquq-müdafiə təşkilatlarının numayəndəliklərinə təqdim edəcəklərini söylədilər.

 

 

  

  • Yazılıb
  • da (də) 2011 May 01