Tarix : 2011 May 02
Kod 22630

Dünya Bankı Azərbaycan Respublikasına kredit ayırdı

Dünya Bankı Azərbaycan Respublikasında irriqasiya sistemlərinin modernləşdirilməsi üçün bu ölkəyə 77 milyon dollar məbləğində kredit ayırmağa razılıq vermişdir
wellpromised/Aran agentliyi

 

Dünya Bankı Azərbaycan Respublikasında irriqasiya sistemlərinin modernləşdirilməsi üçün bu ölkəyə 77 milyon dollar məbləğində kredit ayırmağa razılıq vermişdir.

nın məlumatına əsasən , Azərbaycan Respublikası hökuməti tərəfindən də layihənin icrasına 35 milyon dollar vəsaitin ayrılması gözlənilir. Beləliklə də irriqasiya sisteminin inkişafına məcmuda 113 milyon dollar xərclənəcəkdir.

Dünya Bankı bu məbləği 76 min xırda müəssisə və 27 rayonda suvarma layihələrinin icrası üçün nəzərdə tutub.

Bankın bildirdiyinə görə , Azərbaycan Respublikasında kənd təsərrüfatının inkişafı üçün məhsuldar torpaq və münasib iqlim şəraiti mövcuddur.

Azərbaycan Respublikası 1992-ci ildə Dünya Bankı ilə əməkdaşlığa başladığı gündən 2 milyard 900 milyon dollar kredit alıb. Alınan kreditlər 43 layihəyə sərf olunubdur.

 

 

  

  • Yazılıb
  • da (də) 2011 May 02