Türkiyə polisi universitetə qəbul imtahanında hicablı qızların iştirakını əngəlləyib
wellpromised/Aran agentliyi
Bu məlumata əsasən , polis ötən gün Qaziantep şəhərində islami hicabla imtahana gələn qızların iştirakına mane olub.
Bu elə bir haldadır ki , Türkiyənin ali təhsil başqanı Yusif Ziya Özcan universitet rektorlarına göndərdiyi təlimatda hicab qadağasının ləğvinə dair göstəriş vermişdi.
Həmin göstərişin ardınca 12 il yasaqdan sonra universitetlərin qapıları hicablı qızların üzünə açıldı. Buna baxmayaraq hələ də bəzi rektorlar hicablı qızların təhsilinə icazə vermək istəmirlər.
Xatırladaq ki, Türkiyədəki laikçi dairələr İslam inancları və atributlarının yayılmasından qorxaraq, hələ də dövlət qurumları və təhsil müəssisələrində hicabdan istifadəni əngəlləyirlər