Bu gün Maştağa qəbiristanlığında İslam Partiyasının ilk şəhidi Hacı Kəlbəlayiağanın anım mərasimi keçiriləcək
wellpromised/Aran agentliyi
Bu gün Maştağa qəbiristanlığında İslam Partiyasının ilk şəhidi Hacı Kəlbəlayiağanın anım mərasimi keçiriləcək. Bu barədə Nardaran Ağsaqqallar Şurasının sədri, İslam Partiyasının məclis üzvü Məşədi Natiq Kərimov məlumat verib.
Onun sözlərinə görə Hacı Kəlbalayiağa 1995-çi ildə həbs edilib və Mili Təhlükəsizlik nazirliyinin təcridxanasında dünyasını dəyişib: “Hacı bizim partiyanın ilk şəhididir. İslam Partiyası onun anım mərasimini keçirmək qərarına gəlib. Tədbir öncəsi mərasimə dəvət edilənlər Nardaran kəndinə yığışacaq və bundan sonra onun qəbri ziyarət olunacaq. Mərasimdə tanınmış din adamlarının iştirak edəcəyi gözlənilir”. Bəzi məlumata görə, anım mərasimdə qonşu İran İslam Respublikasından dəvət olunmuş din xadimləri də iştirak edəcəklər