Tarix : 2011 May 02
Kod 22643

Məşhədi Natiq Kərimov: ''AİP ilk şəhidini andı''

Bu gün Azərbaycan İslam Partiyası ilk şəhidini - Seyyid Kəbleyiağanın anım mərasimini keçirib
wellpromised/ Aran agentliyi

 

Bu gün Azərbaycan İslam Partiyası ilk şəhidini - Seyyid Kəbleyiağanın anım mərasimini keçirib.

Bu haqda İslam-Azeri.az İnternet qəzetinə Nardaran ağsaqqalı, AİP-in Ali Şurasının üzvü Məşhədi Natiq Kərimov məlumat verib.

Onun sözlərinə görə, bu gün onun İslam hərəkatı, ümumilikdə İslamın təbliğinə verdiyi töhvələrdən danışılıb.

Bu tədbirdə Məşhədi Natiq özü, AİP-in sədr əvəzi Elçin Namazov, Hacı Kamran, Hacı Soltan, Məşhədi Arif və Məşhədi Rasim çıxış ediblər.

Məşhədi Natiqin sözlərinə görə Seyyid Kəbleyiağa 1995-çi ildə həbs edilib və Mili Təhlükəsizlik nazirliyinin təcridxanasında 1996-cı ildə şəhid olub.

                                                                                         

  

  • Yazılıb
  • da (də) 2011 May 02