Tarix : 2011 May 02
Kod 22645

Azərbaycan Respublikasında iki məhbus ruhaninin şəhadəti ehtimal edilir

Azərbaycan Respublikasında hicabla mübarizə siyasətinə etiraz edən iki ruhaninin aclıq aksiyasından təqribən bir həftənin keçməsi ...
wellpromised/ Aran agentliyi

Azərbaycan Respublikasında hicabla mübarizə siyasətinə etiraz edən iki ruhaninin aclıq aksiyasından təqribən bir həftənin keçməsi və onların məhbəsdəki cismi vəziyyətinin ağırlaşması ilə bu iki azəri ruhaninin şəhid olması ehtimalı var.

Yanvarın 16-dan Azərbaycan Respublikasında hicabla mübarizə siyasətinə etiraz etdiklərinə görə həbsdə olan Höccətülislam Azər Cəbiyev və Höccətülislam Fəxri İlyasovun vəkili Elçin Namazov bu ruhanilərinin aclıq aksiyasına görə cismi vəziyyətlərinin ağır olmasından xəbər verib.

Namazov bu gün bazar ertəsi Bakıdakı müxbirimizlə müsahibədə deyib:" Məhkəmə hakiminin Höccətülislam Azər Cəbiyev və Höccətüislam Fəxri İlyasovun günahsız olması haqda faktlar və sənədlərə laqeyd yanaşmasının ardınca bu iki ruhani aclıq aksiyasına başladılar və indi onların vəziyyəti çox ağırdır".

Vəkil ruhanilərin məhkəmə prosesinin ədalətsiz habelə, onlara vurulan ittihamların saxta olmasına işarə edərək, deyib:" Vurulan ittihamların əsassız olmasının aşkarlanmasına rəğmən, məhkəmə bu iki ruhaninin günahsız olması haqda hökm vermədi . Buna görə də Höccətülislam Azər Cəbiyev aprelin 26-dan və Höccətülislam Fəxri İlyasov aprelin 27-dən ölümə qədər aclıq aksiyasına başladılar".

Yanvarın 16-dan Azərbaycan Respublikasında hicabla mübarizə siyasətinə etiraz etdiklərinə görə həbsdə olan Höccətülislam Azər Cəbiyev və Höccətülislam Fəxri İlyasovun həbs edilməsi ilə eyni zamanda bir qrup başqa islamçi fəal, o cümlədən Azərbaycan Respublikasının İslam Partiyasının sədri və bu partiyanın bir neçə üzvü, hicabı himayə etmələrinə görə həbs ediliblər.

Elçin Namazov məhkəmənin onun istəklərinin heç birinə, o cümlədən ittihamlar haqda video yazının yayılması və həbs qəti imkan tədbirinin ev-dustağına çevrilməsi üzrə istəklərinə laqeyd yanaşmasına təkid edərək, deyib:" Höccətülislam Azər Cəbiyevə vurulan saxta ittihama görə, o guya qanunu pozaraq üç polisə ziyan vurub. Amma bu üç polisin zərər görmədiklərini elan etdiklərinə rəğmən, məhkəmə bu məsələyə laqeyd yanaşıb".

Həbsdə olan Höccətülislam Azər Cəbiyev və Höccətülislam Fəxri İlyasovun vəkili bu iki ruhaninin aclıq aksiyası nəticəsində zəifləmələrinə görə, hərəkət etməyə belə qadir olmadıqlarını bildirərək, deyib:" Öncə bizim, bu iki ruhaninin həkim nəzarəti altında olması üzrə istəyimizlə müxalifət edildi, amma aclıq aksiyası xəbərinin yayılmasından sonra , Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhbuslarla İş üzrə İdarəsi məsələyə daxil oldu və həkimlər həbsxanaya buraxıldılar".

Elçin Namazov məhkəmə rəisinin bu iki ruhanidən, onların işinin yenidən baxılması üzrə istəkləri haqdakı məlumat qarşılığında onların aclıq aksiyasından əl çəkməsini istədiyini bildirərək, deyib:" Müvəkkillərim bu prosesə etimadsız olduqlarına görə, bu istəyi qəbul etməyiblər və onların aclıq aksiyası davam edir".

Keçən dekabr ayından Azərbaycan Respublikasında vahid məktəbli geyimi qanununun icrası bəhanə edilərək, ölkə konstitusiyası və təhsil qanunu ilə ziddiyyətdə olan bir hərəkətdə , hicablı məktəblilərin orta məktəblərə daxil olmasının qarşısı alınmaqdadır. Bu mövzu isə Azərbaycan Respublikasının həm daxilində həmdə xaricində müsəlmanların narazılığına səbəb olub.

Azərbaycan Respublikasında Sülh və Demokratiya İnstitutunun prezidentindən başqa, Qərbin sözdə insan haqları müdafiəçiləri olan başqa qruplar bu mövzu haqda sükut ediblər.

Azərbaycan Respublikası xalqının 98 faizini müsəlmanlar təşkil edir, bundan öncədə Azərbaycan Respublikasındakı bəzi ictimai və islamçı təşkilatlar və qurumlar, bu cur anti-islami hərəkətlərə reaksiya olaraq, bu ölkə dövlətindən istəyiblər ki, Azərbaycan Respublikasının müsəlman əksəriyyətinə, bu ölkədəki yəhudi və xristian azlıqlara nəzərdə tutulan hüquqlar nəzərdə tutulsun

 

 

 

 

 

 

 

  

  • Yazılıb
  • da (də) 2011 May 02