Xəbər verdiyimiz kimi dünyanın bir nömrəli terroristi Bin Laden dünən keçirilən hərbi əməliyyatlar əməliyyatlar zamanı öldürülüb
wellpromised/ Aran agentliyi
Xəbər verdiyimiz kimi dünyanın bir nömrəli terroristi Bin Laden dünən keçirilən hərbi əməliyyatlar əməliyyatlar zamanı öldürülüb. Amma Bin Ladenin, güclü texnologiyaya və hərbi gücə malik olan ABŞ tərəfindən neçə illər ərzində öldürülməməsi həmişə müəmmalı qalıb. Bəzi analtiklər Bin Ladenin bu günlərdə ölməsini son illərdə Obamanın düşən nüfuzunu qaldırmaq üçün edildiyini bildiriblər.
Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) həmsədri Araz Əlizadə bildirib ki, bin Ladenin ölümü heç də təsadüfi deyil. Bin Ladeni Amerika özü yaratmışdı, özü də öldürdü. Bu ABŞ-ın yaratdığı bir obraz idi.
Siyasətçi vurğulayıb ki, Birləşmiş Ştatların dünyaya gətirdiyi Bin Laden faktoru dünyaya böyük fəsadlar gətirib.
Onun sözlərinə görə, ABŞ yaratdığı Bin Laden faktorundan istifadə edərək üçüncü dünya müharibəsinə başlayıb. Əlbəttə, Bin Ladenin ölümü bundan sonra dünyada heç nəyi dəyişə bilməz. Artıq bu proseslər davam edir, onun qarşısını almaq mümkün olmayacaq.
Azərbaycan Xalq Partiyasının qurucusu, sabiq millət vəkili Pənah Hüseyn isə “Əl-Qaidə” terror təşkilatının liderinin öldürülməsi ilə bağlı bildirib ki, Bin Ladenin ölümü dünyada terrorizmin qarşısını almayacaq. Bəlkə də, onun ölümü ABŞ-ın qlobal siyasəti baxımından mühüm ola bilər. Ancaq beynəlxalq terrorizm məsələsi çoxdan qoyulub. Bu Bin Ladenlə başlamayıb, onunla da qurtarmayacaq.
Terrorun hazırki dövrdə dünyanın əsas qlobal problemlərindən biri olduğunu deyən P.Hüseyn qeyd edib ki, Bin Ladenin öülmü ilə bu problem aradan qalxmayacaq.
“Şərə qarşı şərlə yox, xeyirlə qalib gəlmək mümkündür” - deyə eks-deputat bildirib.
Politoloq Leyla Əliyevanın da açıqlaması belə olub: “Bin Ladeni Corc Buş öldürməli idi. Lakin o, bunu etmədi. Barak Obama seçkilərdən qabaq öz platformasını açıqlayarkən, Bin Ladenlə əlaqədar heç bir söz verməmişdi. Bin Ladenin ölümü isə Əl-Qaidə və Talibanın sonu demək deyil.”