Tarix : 2011 May 03
Kod 22662

İran Mədəniyyət günləri keçiriləcək

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev İranın Azərbaycandakı səfiri Məhəmməd Bagir Bəhramini qəbul edib
wellpromised/ Aran agentliyi

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev İranın Azərbaycandakı səfiri Məhəmməd Bagir Bəhramini qəbul edib. Nazirliyin saytında yerləşdirilən məlumata görə, görüş zaman Azərbaycan və İran arasında ikitərəfli əlaqələrin dinamikasının yüksək inkişafı qeyd edilib, hələ qədim zamanlardan iki ölkə arasında formalaşmış münasibətlərin müasir dönəmdə daha da genişləndirilməsinin zəruriliyi, xüsusən də mədəni münasibətlərdə təşəkkül tapmış dostluq əlaqələrindən bəhs edilib.

Eyni zamanda, tərəflər cari ilin oktyabr ayında Azərbaycanda İran Mədəniyyət günlərinin keçirilməsini müzakirə edib və təntənəli açılış zamanı İranın yeni təyin olunmuş mədəniyyət naziri Mohammad Hosseininin də rəsmi açılış mərasimində iştirak etməsinin mümkünlüyü nəzərdən keçiriblər.

Həmçinin səfir, İran Mədəniyyət Günləri çərçivəsində musiqi, əl yazma, teatr, əl işləri və rəssamlıq nümunələrinin təqdim olunması və təşkilatı işlər ilə bağlı əvvəlcədən işçi qrupunun ölkəmizə səfəri barəsində razılığa gəliblər.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da geniş fikir mübadiləsi aparılıb.

Görüşün sonunda Ə.Qarayev Səfirə iki ölkə arasında münasibətlərin və qarşılıqlı faydalı əməkdaşlığın daha da inkişaf etməsi naminə onun Azərbaycanda görəcəyi işlərində müvəffəqiyyətlər arzulamışdır. 

  • Yazılıb
  • da (də) 2011 May 03