Tarix : 2011 May 03
Kod 22663

Gürcüstan müsəlmanları Səudi rejimini pislədilər

Gürcüstan müsəlmanları aksiya keçirərək Səudi rejiminin Bəhreyn əhalisinə qarşı qətliam siasətini pislədilər
wellpromised/ Aran agentliyi

Gürcüstan müsəlmanları aksiya keçirərək Səudi rejiminin Bəhreyn əhalisinə qarşı qətliam siasətini pislədilər.

Gürcüstanlı müsəlmanlar Marneulidə İmam Əli (ə) adına məscidə toplaşaraq geniş tədbir keçiriblər.

Tədbirdə məşədi Elçin Dadaşov, iştirakçılara mənfur vəhhabilik cərəyanının beynəlxalq imperialist qüvvələr tərəfindən necə yaradıldığı, sonrakı mərhələdə, tarixdə Səudi xanədanı vasitəsilə hansı ağır cinayətlər törətdikləri haqqında müxtəsər məlumat verdi.

Borçalının tanınmış din xadimi hacı Mirhüseyn Əsədov isə dünyada gedən proseslər, məzlum Bəhreyn xalqına qarşı törədilən qətliamı pisləyərək beynəlxalq içtimayyətin bu hadisələrə göz yumduqunu önə çəkib Allahdan zalimlərə cəza, məzlumlara isə yardım istədi.

Növbəti məruzəçi hacı Rizvan İsmailov son aylar islam ailəmdə baş verən xalq inqılablarını alqışlayaraq, müxtəlif musəlman ölkələrində, o cümlədə Misir, İraq, Suriya və Bəhreyndə vəhhabilərin vandallıqlarından, Səud, Xəlifə və Nəhyan kral ailələrinin orada törətdikləri heç bir çərçivəyə sığmayan dəhşətli cinayətləri lənətlədi. Sonda, tədbirin təşkilatçıları bu tədbirin məqsədini ehtiva edən bəyannamə hazırlayıb Tbilisidə yerləşən beynəlxalq qurumların, hüquq-müdafiə təşkilatlarının numayəndəliklərinə təqdim edəcəklərini söyləyiblər.

 

 

  

  • Yazılıb
  • da (də) 2011 May 03