Tarix : 2011 May 03
Kod 22664

Qumda təhsil alan gəncəli tələbələrin bəyanatı

Qumda təhsil alan gəncəli tələbələr bir bəyanat yayaraq Gəncədə həbs olunmuş ruhanilərlə həmrəyliklərini bildiriblər
wellpromised/ Aran agentliyi

Gəncəli tələbələrin bəyanatında vurğulanıb : “ Tam əksəriyyəti müsəlman olan, bayrağında İslam rəmzi əks olunmuş Azərbaycan Respublikasında anti-islam layihələrin icrası vüsət almaqdadır. Müstəqillik qazanılan gündən dünyəvi üsul-idarəni əlində bayraq edən Azərbaycan hökuməti dövri şəkildə dini dəyərləri və dini kəsimi hədəfə alır. Son dövrdə hicab qadağası, hicab qadağasına etiraz edənlərin həbsi, istintaqı, təqibi, şərlənməsi ölkə boyu repressiyaların təsadüfi olmadığına dəlalət edir.”

Gəncəli tələbələrin bəyanatında əlavə olunub : “ Cavad Xan yurdu, əyilməz, fədakar Gəncədə dindarlara qarşı ögey münasibətin ciddi repressiyalarla əvəz edilməsi bütün respublika ictimaiyyəti kimi ruhani-tələbələri də narahat edir. Gəncə uzun müddətdir hədəfdədir. İnqilablar şəhərinə ögey münasibət, bu şəhərə ən qəddar məmurların təyinatı təsadüfi deyil. Çünki Gəncə xalqı öz mənliyini, şəxsiyyətini rəzil həyata dəyişən xalq deyil.

Azərbaycanda hicab qadağası gündəmə gələndən Gəncə dindarları rahatlıq nə olduğunu bilmir. Sivil üsullarla dini dəyərlərin müdafiəsinə qalxanlar ən çirkin şəkildə şərlənir, həbs edilir, alçaldılır. Bu iman mübarizəsində öndə gedən ruhani ailmlər Azər Cəbiyev və Fəxri İlyasova qarşı repressiv tədbirlər isə misli görünməmiş böhtanlarla müşayiət edilib. Ən dəhşətlisi budur ki, yanvarın 16-da Gurcustan sərhədində saxlanılaraq xuliqanliq ittihami ilə həbs edilən ruhani ailmlər Azər Cəbiyev və Fəxri İlyasov ölum aclığına başlayıb və onların sağlamlığı üçün ciddi təhlükə yarandığı bildirilir.

Onların ölüm aclığına başlamasına səbəb Gəncə şəhər Nizami Rayon Məhkəməsində prosesin qanunsuzluq şəraitində keçirilməsi olub. Amma bu susqunluq uzun müddət davam etməyəcək. Xüsusilə həbsdə olan gəncəli ruhanilərin həyatı üçün təhlükə yaransa, hakimiyyət bunun bahasını artıqlaması ilə ödəyəcək. Buna şübhə edənlər Gəncənin tarixini yaxşı nəzərdən keçirsin.”

 

 

 

 

  

  • Yazılıb
  • da (də) 2011 May 03