Wikileaks saytının yaydığı sənədə əsasən, Azərbaycan Respublikası prezidenti 2009-cu ildə Amerika səfirinin son görüşündə rəsmi ...
wellpromised/ Aran agentliyi
Wikileaks saytının yaydığı sənədə əsasən, Azərbaycan Respublikası prezidenti 2009-cu ildə Amerika səfirinin son görüşündə rəsmi Bakının Ağ Evin istəkləri ilə yanaşı olmasına rəğmən, Vaşinqtonun anti Azərbaycan siyasətlərindən gileylənib.
Yerli mənbələrin Bakıdan verdiyi məlumata əsasən, Moskvada çap edilən "Komsomolskaya Pravda" qəzeti yazır: 2009-cu ilin iyun ayında Amerikanın Bakıdakı keçmiş səfiri Ann Dörsi tərəfindən bu ölkənin xarici işlər nazirliyinə göndərilmiş sənəddə İlham Əliyev onunla görüşü zamanı Amerikanın siyasətlərini tənqid edib.
Bu məlumata əsasən İlham Əliyev bildirib ki, onun enerji tranziti, boru xətlərinin yaranması tərzi, anti-terror əməliyyatında və NATO proqramında iştirak etməsi, hətta İranın narazılığına səbəb olan sionist rejimin başçısı Şimon Perezi dəvəti etməsi üzrə Amerikanın istəklərini yerinə yetirməsinə rəğmən, Amerika xeyrinə olan hallardan əlavə rəsmi Bakının xeyrinə bir addım atmayıb.
Azərbaycan Respublikasının xarici işlər nazirliyi hələ bu haqda heç bir reaksiya verməyib.
Amerika son aylarda Azərbaycan Respublikasında hökumətlə müxalif olan partiyaların aksiyalarını himayə edərək, azəri rəsmilərin narazılığına səbəb olub.