Tarix : 2011 May 04
Kod 22678

Vəhhabilər Bakıda Bin Ladenə meyit namazı qılıblar

Məşhur terrorçu Üsamə Bin Ladenin öldürülməsi əksər dünya ölkələrində toy-bayram kimi qarşılansa da, bundan kədərlənənlər də var
wellpromised/ Aran agentliyi

 

Məşhur terrorçu Üsamə Bin Ladenin öldürülməsi əksər dünya ölkələrində toy-bayram kimi qarşılansa da, bundan kədərlənənlər də var. Hətta, bəzi yerlərdə terrorçunun şərəfinə qiyabi cənazə namazı da qılınıb.

Azərbaycan vəhhabiləri də Bin Ladenin qətlə yetirilməsindən kədərləniblər.

Bəzi saytlar xəbər verirlər ki, May ayının 8-i, Bakı kənarındakı bağların birində Üsamə Bin Laden üçün yas tutulacaq. Tədbirin təşkilatçıları sırasında Azərbaycan vəhhabilərinin həm sələfi və həm də xəvaric qanadının nümayəndələri var.

Azərbaycan Respublikasında təhlükəli vəhhabi cərəyanın formalaşması, 20-ci əsrin 90-cı illərində insanların həqiqi İslama qayıdışını önləmək üçün planlaşdırılmış siyasət nəticəsində başladı.

Hakimiyyət şiəliyin qarşısını almaq üçün vəhhabi qruplarına şərait yaradıb, onlara Bakıda Nərimanov Rayonunda məscid verilmişdir. Vəhhabilər isə məscidin adını Əbubəkr adlandırmışdılar.

Son illərdə Az.R-da qondarılmış vəhhabi qruplaşmalar ölkənin şimal bölgələrində xüsusən Qusarda hökumət qüvvələri ilə toqquşmuşdular.

Bin Ladenin başçılığı altında olan əl-Qaidə qrupu ötən əsrin 80-ci illərində ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi MKİ tərəfindən Əfqanıstanda yaradılmışdır. Ancaq, sonrakı illərdə həmin terrorçu qruplaşma ABŞ-ın ziyanına işləmişdir 

  • Yazılıb
  • da (də) 2011 May 04