2011-cilin yeni daxil olmasına baxmayaraq, ölkədə həbs olunaraq qurbana çevrilən ictimai şəxslərin sayı həddindən artıq çoxdur
wellpromised/ Aran agentliyi
FaktXeber.com-un verdiyi məlumata görə, 2011-cil Azərbaycanın siyasi, ictimai və dini sahəsində kifayət qədər fəallaşma, dinamiklik, represiya, qadağalar, aksiyalar və həbslərlə müşahidə olunur. Əvvəlcə hicab qadağası ilə başlayan, sonra Azərbaycan İslam Partiyasının sədri Mövsüm Səmədovun və dindarların saxalanılması ilə davam edən proseslərə, daha sonra Nemət Pənahlının həbsi əlavə olundu. Gəncləri mitinqə cəlb etdiyinə və Facebook-da aktiv olduğuna görə Bəxtiyar Hacıyev və İctimai Palatanın təşkil etdiyi aksiyalarda iştirak edən müxtəlif partiyaların üzvləri barəsində həbs qəti-imkan tədbiri seçilib. 2011-cilin yeni daxil olmasına baxmayaraq, ölkədə həbs olunaraq qurbana çevrilən ictimai şəxslərin sayı həddindən artıq çoxdur.
Qeyd edək ki, fevralın 5-dən həbsdə olunan Cabbar Savalanlı, bu gün keçirilən məkkmədə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) təqsirli bilinib. Hakim İlqar Məmmədov Cabbar Savalanlını 2 il 6 ay müddətinə azadlıqdan məhrum edib.
2011-ci ildə cinayət məsuliyyətinə alınan digər ictimai-siyasi fəalların siyahısı:
Həbsdə olanlar:
Mövsüm Səmədov - Azərbaycan İslam Partiyasının (AİP) lideri
Vaqif Abdullayev - AİP sədrinin müavini
Rufulla Axundzadə - AİP Astara rayon təşkilatının sədri
Firdovsi Məmmədrzayev - Mövsüm Səmədovun qayını
Dəyanət Səmədov - Mövsüm Səmədovun əmisi oğlu
Azər Cəbiyev - Gəncə ruhanisi
Fəxri İlyasov - Gəncə ruhanisi
Nemət Pənahlı - Xalq hərəkatının liderlərindən biri
Ceyhun Fərzullayev - Nemət Pənahlının yaxın dostu
Bəxtiyar Hacıyev - bitərəf fəal, deputatlığa namizəd
Cabbar Savalan - AXCP fəalı
Şahin Həsənli - AXCP təşkilat şöbəsinin müdiri
Arif Hacılı - Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri
Tural Abbaslı - Müsavat Gənclər Təşkilatının sədri
Əhəd Məmmədli - Müsavat Gənclər Təşkilatının sədr müavini
Elşən Həsənov - Müsavat fəalı
Məhəmməd Məcidli - AXCP-nin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri
Sahib Kərimov - AXCP sədrinin müşaviri
Ülvi Quliyev - bitərəf, YAP üzvü olduğu da deyilir
Babək Həsənov - AXCP fəalı
Zülfüqar Eyvazov - AXCP Nizami rayon şöbəsinin sədri
Arif Alışlı - AXCP fəalı
Rüfət Hacıbəyli - Müsavat Partiyası Gənclər Təşkilatının sədr müavini
Elnur İsrəfilov - bitərəf
Vidadi İsgəndərli - Hüquq müdafiəçisi, İctimai Palatanın üzvü
Polisin nəzarətində olan
Fuad Qəhrəmanlı - AXCP sədrinin müavini
Ev dustağı:
Hacı Zülfüqar Mikayılzadə - ilahiyyatçı alim
Axtarışda olanlar:
Yusif Ələkbərov - AİP Gəncə təşkilatının sədri
Elnur Məcidli - bloqçu.