Tarix : 2011 May 04
Kod 22680

“Oyanış hərəkatı Avropanın ürəyinə qədər uzanacaq“

İslam İnqilabının Böyük Rəhbəri hazırda Asiyanın qərbində və Afrikanın şimalında cərəyan edən oyanış hərəkatını İran xalqının əzəmətli hərəkətinin davamı adlandırıblar
wellpromised/ Aran agentliyi

İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahül-üzma Xamenei bu gün səhər ölkənin müxtəlif guşələrindən gəlmiş minlərlə müəllimi qəbulu zamanı hazırda Asiyanın qərbində və Afrikanın şimalında cərəyan edən oyanış hərəkatını İran xalqının əzəmətli hərəkatının davamı adlandırıb və deyiblər: Bu oyanış Avropanın ürəyinə qədər uzanacaq və Avropa xalqları onları ABŞ və sionist rejimin mədəni və iqtisadi siyasətlərinə təslim edən öz siyasətçiləri və başçılarına qarşı ayağa qalxacaqlar.

İnqilab Rəhbəri Avropada belə bir oyanışın qaçılmaz və qəti olduğunu vurğulayaraq, deyiblər: Hazırkı oyanış İran xalqının əzəmətli hərəkətinin dərinliklərindən baş qaldırır və əgər bu hərəkətin bu sürət və qüdrətlə davam etməsini istəyiriksə, istedadların çiçəklənməsinə zəmin yaratmaq və güclü insanlar yetişdirməklə yanaşı, iman, bəsirət, agahlıq və elmi gücləndirməli, birlik və həmrəyliyi möhkəmləndirməliyik.

Həzrət Ayətullahül-üzma Xamenei müəllimlərlə görüşdə həmçinin təlim və tərbiyədə ən mühüm vəzifəni İslam Respublikası Quruluşuna layiq insanların tərbiyə edilməsi və İran xalqının əzəmətli hərəkəti adlandırıblar: "Bu prinsipləri əsas tutaraq, təlim və tərbiyə müstəqil və inkişaf etmiş bir İran-İslam nümunəsinə ehtiyaclıdır."-deyə Böyük Rəhbər buyurublar.

Həzrət Ayətullahül-üzma Xamenei Ustad Şəhid Mürtəza Mütəhhəri və müəllim gününün xatirəsini əziz tutaraq, Şəhid Mütəhhərini böyük, bəsirətli və ağrılarla tanış olan hisslərə malik bir insan adlandırıb və deyiblər: Bu dahi insan belə bir xüsusiyyətlər ilə elm, mədəniyyət, təlim və tərbiyyə sahəsində böyük bərəkətlərin mənbəyinə çevrildi və sonda Allah Təala onun əcrini şəhidlik dərəcəsi ilə verdi və onu əbədi olaraq yaşatdı

 

 

 

  

  • Yazılıb
  • da (də) 2011 May 04