Tarix : 2011 May 06
Kod 22694

TƏHSİL NAZİRLİYİNİN QARŞISINDA HİCAB AKSİYASI

MÜxbirimizin Təhsil Nazirliyinin qarşısından verdiyi məlumata görə, minə yaxın gənc Nazirliyinin binası qarşısına toplaşıb
g/Azarbaycan

Aran agentliyi

Ötən ilin sonlarından başlayaraq orta məktəblərdə davam edən hicab qadağası, dərs ilinin bitməsinə bir neçə gün qalmasına baxmayaraq, hələ də öz həllini tapmayıb. Məhz buna görə də, bu gün hicab qadağasına etiraz əlaməti olaraq yenindən Təhsil Nazirliyi qarşısında aksiya keçirilib.
MÜxbirimizin Təhsil Nazirliyinin qarşısından verdiyi  məlumata görə, minə yaxın gənc Nazirliyinin binası qarşısına toplaşıb.
Onlar "Hicaba azadlıq!", "Biz zülm etmərik, zülmə boyun əymərik!", "Misir istefa!", "Hicab bizim namusumuz, qeyrətimizdir"" şüarları səsləndirirlər.
Əraziyə çox sayda polis qüvvələri də cəlb edilib.

  

  • Yazılıb
  • da (də) 2011 May 06