Tarix : 2011 May 08
Kod 22719

MİLLƏT VƏKİLİNİN OTELİ PRİTONA ÇEVRİLİB

İnternat məktəblərindən gətirilmiş 16-18 yaşlı qızlar seksual xidmətlər üçün istifadə edilir
wellpromised/Aran agentliyi

FaktXeber.com-un verdiyi məlumata görə, Lənkəranda fəaliyyət göstərən və millət vəkillərindən birinə məxsus olduğu deyilən otel əxlaqsızlıq yuvasına çevrilib. Bu barədə yazıçı Aydın Xan Əbil "Facebook"dakı profilində məlumat yayıb. O yazır: "Lənkəranda olanda millət vəkillərinin birinə məxsus otel kompleksində gecə quşlarının peyda olduğu barədə söz-söhbətlərdən üzüldüm! Nə qədər liberal olsam da, məlumatın bu hissəsi mənə yaman təsir etdi: İnternat məktəblərindən gətirilmiş 16-18 yaşlı qızlar seksual xidmətlər üçün istifadə edilir. Hətta başqa məmurlar da buna göz yumsunlar deyə, onlara para və ziyafətlər verilir. Qeyrət-namus, milli mentalitetdən moizə oxumağınız nə? Vaxtilə, indinin özündə də sauna və barlardakı fahişəxanaların rəsmiləşdirilməsinin, oradakı bədənsatan qadınlar və oğlanların həkim nəzarətinə götürlməsinin, seks-indistruyanın vergilərə cəlb edilməsini təklif etdim. Oraları saxlayan əsasən məmurlar və onların himayəsində olanlardır, amma xəstələnləri mən vergi ödəyən, yəni cəmiyyət öz cibindən - dövlət büdcəsindən indi və gələcəkdə müalicə etməlidir?"

Bax belə. Bu da xalq arasında gəzən söz-söhbətin "Facebbok" vasitəsiylə ictimaiyyətə açıqlanmasının daha bir bariz nümunəsi. Ona görə də, əksər məmurlarımız "Facebook"u sevmirlər, paxırları açılır və ictimailəşir deyə. Amma xalq arasında gəzən bu söz-söhbət yəqin ki, "od olmayan yerdən tüstü çıxmaz" məsələsindən doğub.

Yəqin ki əlaqədar orqanlar sözügedən obyektlərdə araşdırma aparıb həqiqəti üzə çıxaracaqlar. 

  • Yazılıb
  • da (də) 2011 May 08