Tarix : 2011 May 08
Kod 22720

QUBADA İNTERNET KLUBLARA QADAĞA

Ziya Məmmədovun qardaşı oğlu saat 20:00-dan sonra rayonda internet klubların bağlanılması barədə göstəriş verib
wellpromised/Aran agentliyi

Hakimiyyət son dövrlər yaşanan proseslərdən sonra ciddi narazatlıq keçirməkdədir. Yaşadığı təlaşı aradan qaldırmaq və əhalinin ayağa qalçmasını önləmək üçün isə bəzən heç bir məntiqə sığmayan addımlar atır.
Verilən məlumatda deyilir ki, Qubada axşam saat 20:00-dan sonra internet klublardan istifadə etmək qadağan olunub. Bunun səbəbləri barədə rayon rəhbərliyi heç bir açıqlama verməsə də, bəlli olan budur ki, hakimiyyət əyalətlərin ayılmasını qəti istəmir. İnternet klub sahibləri isə deyir ki, bu qadağanın tətbiq olunması barədə göstərişi Quba rayon Polis Şöbəsinin rəisi verib.
Xatırladaq ki, Qubanın polis rəisi nəqliyyat naziri Ziya Məmmədovun qardaşı oğludur.

  

  • Yazılıb
  • da (də) 2011 May 08