Tarix : 2011 May 08
Kod 22721

POLİSİN DİNDARLARA QARŞI RƏFTARI PİSLƏNDİ

''Bu cür vəhişiliklərə və polis özbaşınalıqlarını kəskin pisləyirik. Bu etiraz xalqın təbii olan bir etirazı idi
wellpromised/Aran agentliyi

Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu: "Hər bir şəxsin sərbəst toplaşmaq hüququ var. Bu səbəbdən də dindarlar öz hüquqlardından istifadə edərək etiraz aksiyası keçiriblər. Adətən baş verən bu cür polis zorakılığı və vəhşilyinin başlıca günahkarı Bakı şəhər İcra Hakimiyyətidir. Çünki Bakı Şəhər İcra Hakimiyyəti vətəndaşların öz konstitusion hüquqlarından istifadə etməsinə şərait yaratmır.  Hazırda icra hakmiyyəti öz səlahiyyətlərindən sui-istifadə edir. Biz hər bir halda vətəndaşlara qarşı polis zorakılığını pisləyirik və vəhşilik tördənlərin öz qanuni cəzalarına çatmasının tərəfdarıyıq

Azərbaycan İslam Partiyasının sədri Elçin Manafov: "Bu cür vəhişiliklərə və polis özbaşınalıqlarını kəskin pisləyirik. Bu etiraz xalqın təbii olan bir etirazı idi. Bunun günahını vətəndaşlarda yox, hakimiyyət özündə axtarmalıdır. Onlardan soruşmaq lazımdır ki, niyə məsələni bu yerə çatdırıblar? Məlum olduğu kimi biz partiya olaraq qanuni aksiya keçirmək üçün Bakı şəhər icra hakimiyyətinə müraciət etmişdik. Əgər doğrudan da bunlar xalqın səsini eşitmək və söz azadlığına şərait yaratmaq istəyirdilərsə, niyə şərait yaratmadılar? İndiki vəziyyəti özləri bu yerə çatdırıblar, niyə bəs vətəndaşlara qarşı vəhşilik göstərirlər?. Axı bu insanlar azərbaycanlıdır.  Biz bəzən elə halların şahidi oluruq ki, ermənilər heç o işləri və vəhşilikləri törətməyiblər. Əgər hər hansı bir polis qadına əl qaldırırsa və ya vəhşilik törədirsə, bu nə azərbaycanlıdır, bu nə polisdir. Məgər ora çıxanlar höküməti devirmək istəyirlər.? Əsla yox. Onların istəkləri öz konstitusion hüquqlarının bərpasıdır. Heç kim elə fikirləşməsin ki, xalqın namusuna əl uzadacaqlar, xalq da sakit duracaq. Narahat olmasınlar vaxt gələr müttəhim kürsüsündə özləri oturarlar. Bizim üçün çox maraqlıdır ki, hicabla əlaqdar bu təxribatı ölkə salmaqda kimlər maraqlıdır".   

Böyük Quruluş Partiyasının rəhbəri, millət vəkili Fazil Qəzənfəroğlu: "Mən bu aksiyanın qeyri-qanuni keçirilib-keçirilmədiyindən xəbərim yoxdur. Lakin hər bir vətəndaşın sərbəst toplaşmaq hüququ var və istənilən halda bu hüquqlar tapdalanmamalıdır. Onu da bilməliyik ki, polis əməkdaşlarının öz səlahiyyələri var. Amma hər bir halda polis zorakılğı xoşa gəlməz deyil".     

 

 

  

  • Yazılıb
  • da (də) 2011 May 08