Tarix : 2011 May 08
Kod 22727

Bakıda 37 yaşlı kişi özünü yandırıb

Bakının Yasamal rayonunda intihara cəhd olub
wellpromised/Aran agentliyi

 

Bakının Yasamal rayonunda intihara cəhd olub. Bu barədə APA-ya rayon Prokurorluğundan bildirilib.

Hadisə ötən gecə rayonun S. Rəhimov küçəsi 16 ünvanında qeydə alınıb. Həmin ünvanda yaşayan, 1974-cü il təvəllüdlü Oqtay Salahov özünü yandırıb. Ailə üzvlərinin müdaxiləsi nəticəsində o, təcilli xəstəxanaya çatdırılıb. O. Salahovun vəziyyəti ağır qiymətləndirilir. Onun özünə qəsd etməsinin səbəbi işsizlik üzündən olduğu bildirilir.

  • Yazılıb
  • da (də) 2011 May 08