Tarix : 2011 May 09
Kod 22737

''Hicaba Azadlıq'' aksiyasında quduzlaşmış polis vəhşiliyi

Əvvəlki aksiyalarda əsasən, adamları həbs eləyənlər indi döyməklə məşğuldur
wellpromised/Aran agentliyi

Əvvəlki aksiyalarda əsasən, adamları həbs eləyənlər indi döyməklə məşğuldur.

Müxalifətin keçirdiyi etiraz aksiylarında polislə yanaşı mülki geyimlilərin də iştirakı artıq uzun müddətdir ki, müzakirə mövzusudur. Mülki geyimlilər mitinq iştirakçılarını həbs etməkdə, etiraz aksiyalarını dağıtmaqda polisə köməklik göstərirlər.

Mayın 6-da Təhsil Nazirliyinin qarşısında dindarların keçirdiyi aksiyada da mülki geyimlilərin sayı kifayət qədər çox idi. Amma əvvəlki aksiyalardan fərqli olaraq, bu dəfə onlar təkcə adam tutmaqla məşğul deyildilər. Əllərinə polis dəyənəyi alıb, aksiya iştirakçılarını qanına qəltan eləməkdə də polislərə yardımçı olurdular. Jurnalistlərin çəkdikləri videogörüntülərdə də bu fakt açıq-aydın görünür.

Daxili Işlər Nazirliyindən adamları döyən, həbs edən mülki geyimlilərlə bağlı məsələyə belə izah verilmişdi ki, “onlar polis yanında Ictimai Şuranın üzvləridir. Onlar aksiyaçıları döymürlər, sadəcə, könüllü olaraq polisə yardım edirlər”.

 

  

  • Yazılıb
  • da (də) 2011 May 09