wellpromised/Aran agentliyi
İlahiyyatçı Hacı İlqar Rəcəbov Təhsil Nazirliyi qarşısında dinc sakinlərin hicab qadağasına qarşı keçirdikləri etiraz nümayişinin kobudcasına dağıdılmasından narazılığını bildirib.
Hacı İlqar Rəcəbovun SalamNews-a verdiyi məlumata görə hicaba qadağa tətbiq edilməsinə qarşı dinc etiraz bildirmək vətəndaşların hüququdur: "Bu cür etiraz nə şəriət, nə də sivil dövlət qanunlarına ziddir. Amma polisin etirazçıları, xüsusilə də qadınları kobudcasına qovması, zor tətbiq etməsi, dinc sakinləri bir əşya kimi maşınlara doldurması adımıza ləkə gətirən faktdır. Görəsən, qızın, qadının özünə abırlı üst-baş seçməsi nəyə görə bu qədər narahatçılıq doğurur? Nəyə görə məktəbli qızların dərsə başıbağlı gəlmələri əzəli torpaqlarımızın düşmən tapdağından azad edilməsindən də çətin problemə çevrilib? Bu məsələ hər bir qız övladı olan, vicdanlı, vətənini onun bütün mənəvi atributları ilə sevən insanlar kimi məni də narahat edir