Tarix : 2011 May 09
Kod 22744

''ABŞ Azərbaycanın işğalla barışmasını istəyir''

Dünən Şuşanın işğal günü idi
wellpromised/Aran agentliyi

 

Dünən Şuşanın işğal günü idi. Yüzlərlə vətənpərvər Şəhidlər Xiyabanına gələrək şəhidləri anmağı unutmadılar. Bu gündə Erməni terroru, o cümlədən erməni terroruna dəstək verən Rusiya lənətləndi. QAT bu günü“Düşmənə nifrət günü” elan etdi. Elə şəhidlər xiyabanında İslam-Azeri.az İnternet qəzetinin xüsusi müxbiri də bu tədbirdə iştirak edib. Foto: islam-azeri.az

Şəhidlər anıldı, erməni bayrağı yandırıldı.

 

İslam-Azeri.az Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağıdan müsahibə alıb.

 

Bu gün (8 may) siz “düşmənə nifrət günü” elan etdiniz. Akif müəllim məqsədiniz nədir?

 

- Düşmənə nifrət hissi ölməməlidir. Buna görə biz tədbir keçiririk. Erməni terroru qınanır, işğalçıların bayrağı yandırılır. Belə tədbirlər gənclərin əhval ruhiyyəsinə müsbət təsir göstərir. Həm Bakıda həm də bölgələrdə belə tədbirlər keçirlir. Burada iştirak edənlər, həmçinin media öz vasitəsilə “işğalçılara nifrət”i xalqa aşılayırlar.

QAT-ın mövqeyini bilirik. Bəs münaqişənin həllini hansı yolla görürsünüz ?

Biz dəfələrlə demişik, deyirik: “Qarabağ ancaq müharibə yolu ilə azad olunacaq!”. Danışıqların heç bir faydası yoxdur. Əvvələr bizim bu mövqeyimizlə razılaşmayanlar var idi, amma indi həm rəsmilər, həm də müstəqil ekspertlər artıq anlayır ki, danışıqlar uzandıqca məsələnin həlli çətinləşir və yeganə yol müharibədir. Danışıqlar heç bir nəticə vermir və verə də bilməzdi. Beynəlxalq təşkilatların mövqeyi bizi müharibəyə başlamağa vadar edir. Onlar danışıqları yalnız Dağlıq Qarabağa müstəqillik statusu vermək üçün aparırlar. İrana, İraqa, Serbiyaya qarşı embarqolar tətbiq olunub. Onlar Ermənistana qarşı hər hansı bir mənfi fikirdə olsaydılar, bu dövlətə də sanksiya tətbiq edərdilər. Ermənistanı işğalçı tanısaydılar və yaxud problemin həllini istəsəydilər, yardımları dayandırardılar. Bu yoxdursa deməli Beynəlxalq qurumlar məsələnin həllində maraqlı deyillər. Bizim bir yolumuz qalıb. Yəni hərbi əməliyyat yolu ilə torpaqlarımızı azad etməliyik. Axı Azərbaycanın öz torpaqlarını işğaldan azad etmək üçün kifayət qədər insan, maliyyə, hərbi resusrsları mövcuddur. Müharibə başlayarkən Azərbaycanın əhalisi 7 milyon, Ermənistanınki isə 3 milyon idisə, bu gün Azərbaycanın əhalisi 9 milyondan çoxdur, Ermənistanda isə cəmi 2 milyon əhali qalıb. Həmçinin o dövrün şərati ilə indiki fərqlidir. Rusiya artıq istədiyi kimi hərəkət edə bilməz və müəyyən şərtləri nəzərə alır.

Qarabağla bağlı ikili standartlar görürük. Vasitəçi dövlətlərin mövqeyi barədə nə deyə bilərsiniz?

Onlar öz maraqlarını güdürlər. Rusiyanın marağı bundan ibarətdir ki, bu münaqişə həll olmamış qalsın. Rusiya bu münaqişə vasitəsilə, həm Azərbaycanı həm də ki, Ermənistanı təsir dairəsində saxlayır. Düzdür hərdən bir toplanıb bəyanatlar verirlər. Amma bu yalnız görüntü xarakteri daşıyır. Rusiya o vaxt məsələnin həllini istəyə bilər ki, reqiona sülhməramlı adı ilə öz ordusunu yeritsin. Yalnız belə olan halda, Rusiya, Dağlıq Qarabağın ətrafındakı bir neçə rayonun qaytarılması ilə məsələnin müəyyən dərəcədə həllinə razı ola bilər.

ABŞ isə bir mənalı olaraq məsələnin Ermənistanın maraqlarına uyğun olaraq həll edilməsinə çalışır. ABŞ istəyir ki, bu problem Ermənistanın xeyrinə həll olsun. Yəni ABŞ-ın yürütdüyü siyasət bundan ibarətdir ki, Azərbaycan gec-tez bu işğalla barşsın, Qarabağın Ermənistanın nəzarətinə keçməsinə razılıq versin. ABŞ Azərbaycanın işğalla barışmasını istəyir. ABŞ-ın siyasəti bundan ibarətdir. Ortada olan bu mövqe ilə isə münaqişənin həlli mümkün deyil.

Fransa isə ənənəvi olaraq Ermənistanın müdafiəçisi kimi çıxış edir. Fransanın digər həmsədrlər kimi öz maraqları var və o bu münaqişədən bacardığı qədər çox yararlanmaq istəyir. Bizim Fransa səfirliyi qarşısında da etiraz aksiyalarımız olub.

Bəs fikrinizcə Azərbaycanın Qərb üçün enerji təhlükəsizliyinin təminatçısı kimi rol oynaması münaqişəyə necə təsir edir?

Təbii kiç Azərbaycana enerji təklükəsizliyinin qarantlarından biri kimi xüsusi önəm verilir. Düzdür ki, Avropanın əsas enerji təminatçısı kimi Rusiya əsas mövqedədir. Həmçinin Yaxın Şərq ölkələri də mühüm rol oynayır. Amma əlbətdə ki Qərb bundan heç də razı deyil və onlar Rusiyanın əhəmiyyətinin məhdudlaşdırılması üçün Azərbaycandan istifadə etmək niyyətindədirlər. Onlar sadəcə Bakı-Ceyhan yoxç həmçinin NABUKKO layihəsi bərədə də düşünürlər. Bax buna görə də Qərb çalışır ki, nəyin bahasına olursa elə bir tendensiya yaranmasın ki, onların maraqlarına təhlükə gəlsin. Əgər Azərbaycan məsələni onların dediyi kimi yox, hərbi yolla həll etməyə çalışarsa bunu öz maraqlarına zidd hərəkət kimi qiymətləndirirlər. Buna görə də Qərb həmişə çalışacaq ki, münaqişə dondurulmuş olaraq qalsın.

 

Çox sağ olun, təşəkkük edirik.

Mən təşəkkür edirəm, siz sağ olun. 

  • Yazılıb
  • da (də) 2011 May 09