Xaçmaz rayonunda əziz İslam peyğəmbərinin (s) sevimli qızı , xanımlar xanımı Həzrət Fatimənin (ə) şəhadət günü münasibəti ilə geniş tədbir keçirilib
wellpromised/Aran agentliyi
Xaçmaz rayonunda əziz İslam peyğəmbərinin (s) sevimli qızı , xanımlar xanımı Həzrət Fatimənin (ə) şəhadət günü münasibəti ilə geniş tədbir keçirilib.
Bu haqda İslam-Azeri.az İnternet qəzetinə Xaçmaz dindarları məlumat verib.
Məlumatda bildirilir ki, tədbir Cümə gününə təsadüf etdiyi üçün Zöhr azanından gecə saat 23.45 -ə qədər davam edib.Tədbirdə ilk olarak cümə xütbəsində Əhlibeyt (ə) isməti haqqında xütbə oxunub.Xaçmaz rayon cümə namazı xətibi Hacı Mirzaur Məmmədov ``Təthir`` (Əhzab -33) ayəsi ətrafında geniş məlumat verərək deyib: “Bu ayə nazil olduğu an Həzrət Peyğəmbər (s) Ümmü Sələmənin evində idi.Ümmü Sələmə bu hadisənin Əhlibeytdən(ə) başqa tək şahididir.O günü Peyğəmbərin(s) istifadə etdiyi ``əba`` məsum olan kəslərin saylarını və bunların kimlər olduğunu təyin etdi.Allahın iradəsi nəticəsində ismət sahibi olan Əhlibeyt(ə)-ın varlığı insanlıq üçün rəhmət olaraq zühur edib.Bu qapını tanıyanlar bu nemətdən dünya və axirət faydalanmaq imkanı əldə etmiş olurlar``. Cümə namazı başa çatdıqdan sonra tədbir saat 16.00-da Xanımın adına verilən ehsan məclisi ilə davam edib və dualar oxundu.Ardından möminləri marağlandıran bir sıra tarixi və şəriət məsələlər haqqında fikir mübadiləsi olub və bir çox qaranlıq məsələlərə aydınlıq gətirilib. Həzrət Fatimənin (s.ə) adına təşkil edilmiş əzadarlıq mərasimi məğrib namazından dərhal sonra başlayaraq 23.45 qədər davam edib.
Rozalar və mərsiyələr oxunub