Tarix : 2011 May 09
Kod 22746

Nardaranda açıq səma altında tamaşa nümayiş etdirildi

Ötən həftə Bakının Nardaran kəndində bir qrup Nardaran gənclərinin təşkilatçılığı ilə Azərbaycanda ilk dəfə açıq səma altında “Ravilərin görüşü” adlı tamaşa nümayiş olunub
wellpromised/Aran agentliyi

 

 Ötən həftə Bakının Nardaran kəndində bir qrup Nardaran gənclərinin təşkilatçılığı ilə Azərbaycanda ilk dəfə açıq səma altında “Ravilərin görüşü” adlı tamaşa nümayiş olunub.

Tamaşa “Möminun”, “Nur”, “Kovsər” və “Səqəleyn” qruplarının iştirakı ilə səhnələşdirlib. Şam və İşa namazından sonra başlayan mərasim iki saat davam edib.

Rəhimə Xanım (ə) ziyarətgahı qarşısında təşkil olunmuş tədbirə Nardaranla yanaşı Bakının digər kəndlərindən və şəhər mərkəzindən də çox saylı qonaq gəlib. İki minə yaxın insanın iştirak etdiyi mərasim öz möhtəşəmliyi ilə yaddaşlara həkk olub.

  

  • Yazılıb
  • da (də) 2011 May 09