Tarix : 2011 May 09
Kod 22747

Hicab aksiyası Türkiyə mətbuatında

Bakıda 6 mayda keçirilən ''hicaba azadlıq!'' aksiyası Türkiyə mediasında da yayımlanıb
wellpromised/Aran agentliyi

Bakıda 6 mayda keçirilən "hicaba azadlıq!" aksiyası Türkiyə mediasında da yayımlanıb.

AZADxeber.az saytının verdiyi məlumata görə, artıq xeyli vaxtdır ki, Azərbaycanın məxsusən də Bakının orta təhsil məktəblərində hicablı şagirdlərin dərsə buraxılmamasına etiraz əlaməti olaraq, may ayının 6-sı Təhsil Nazirliyinin önündə 1000 dən çox inanclının "Hicaba Azadlıq" şüarı ilə keçirdiyi aksiya türk mətbuatında da geniş şəkildə işıqlandırılıb.

Onlarla internet saytı bu haqda xəbər yaymaqla yanaşı, Türkiyənin 700 min tirajlıq "Yeni Akit" (Vakit) qəzeti də bu xəbəri dərc edib."İslam-Azeri.Az"

  

  • Yazılıb
  • da (də) 2011 May 09