Ermənistan Enerji və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, komissiyaya 9 ölkədən mütəxəssislər daxildir
wellpromised/Aran agentliyi
Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) tərkibində fəaliyyət göstərən OSART komissiyası Metsamor AES-ində təhlükəsizliklə əlaqədar olaraq yoxlamalar keçirtmək üçün may ayının 16-da Ermənistana gələcək.
Ermənistan Enerji və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, komissiyaya 9 ölkədən mütəxəssislər daxildir.
Nazirlikdən deyilir ki, Metsamor AES-də təhlükəsizlik tədbirləri ən yüksək səviyyədədir. Məlumatı Ermənistan KİV-ləri yayıb.