Vahid məktəbli geyiminə hicab elementinin əlavə edilməsi müzakirə mövzusu ola bilər
wellpromised/Aran agentliyi
Azərbaycan Respublikası dindarlarının hicab qadağasının ləğvini tələb edən ikinci aksiyasından sonra Parlamentinin bir üzvü deyib : " Vahid məktəbli geyiminə hicab elementinin əlavə edilməsi müzakirə mövzusu ola bilər."
Çingiz Qənizadə SalamNews -a deyib ki, Azərbaycan ali məktəblərində hicab geyinməyə heç bir qadağa yoxdur, iş yerlərində də xanımlar sərbəst hicabda gəzə bilərlər və onlara bunu heç kim qadağan etmir.
" Söhbət yalnız orta məktəblərdə azyaşlı uşaqların hicab taxmasından gedir. Çünki ölkədə vahid məktəbli forması qəbul olunub" deyən Qnizadənin fikrincə, bir tərəfdən belə qadağanın qoyulması uşaqların təhsil almaq hüququnun pozulması kimi qəbul edilə bilər. "Amma burada vacib məsələni nəzərə almaq lazımdır. Əgər valideyn uşağının təhsilini məktəbə tapşırırsa və vahid məktəbli forması mənəvi prinsiplərə tam cavab verirsə bu qadağaya sakit yanaşmaq lazımdır", - deyə Çingiz Qənizadə vurğulayıb.
Qnizadənin fikrincə, 6-8 yaşlı uşaqların məktəbdə hicab taxmasına təkid etmək haradasa uşaqların azadlıqlarını məhdudlaşdırır.
Bu yaxınlarda Təhsil Nazirliyinin qarşısında keçirilən aksiyaya münasibət bildirən deputat qeyd edib: "Dindarların intizam keşikçiləri ilə qarşıdurması və şikəst olan insanların sayı mənə güclü təsir edib. Digər tərəfdən mən razılaşdırılmamış aksiyanın keçirilməsinə qarşıyam. Dindarlar problemlərini sivil yolla icra hakimiyyəti orqanlarının qarşısında, məsələn Təhsil Nazirliyinin və ya təhsil üzrə parlament komitəsi, Milli Məclisin depuptatları qarşısında qaldıra bilərlər. Əgər sonda gündəmdə vahid məktəbli formasına hicab elementinin də əlavə edilməsi məsələsi dursa, onda bu müzakirə mövzusu ola bilər. "