Bu gün Bakıda Heydər Əliyevin anadan olmasının 88 illiyi münasibətilə gül bayramı keçirilir
Wellpromised/Aran agentliyi
Bu gün Bakıda Heydər Əliyevin anadan olmasının 88 illiyi münasibətilə gül bayramı keçirilir.
Yerli mənbələr xəbər verirlər ki, gül bayramını gənclər aksiya ilə müşayiət edirlər. Hökumət Evinin qarşısında toplaşan müstəqil gənclər "Qulllara azadlq", "Qul bayramınız mübarək", "Gül bayramına yox deyirik" şüarları səsləndiriblər. Daha sonra polislərin gəldiyini görən gənclər həbsə məruz qalmamaq üçün qaçıb dağılıblar.
Gələn xəbərlərdə bildirilir ki, Səbayel rayon Polis İdarəsinin rəis müavini Kamal Vəlişovun başçılığı ilə bir bölük polis bulvara doğru istiqamətlənib və orada aksiya keçirmək istəyən gənclərin qarşısını almağa gediblər.