mayda Təhsil Nazirliyinin qarşısında keçirilmiş etiraz aksiyasından sonra polis yenidən həbslərə başlayıb
Wellpromised/Aran agentliyi
mayda Təhsil Nazirliyinin qarşısında keçirilmiş etiraz aksiyasından sonra polis yenidən həbslərə başlayıb.
Bu haqda İslam-Azeri.az İnternet qəzetinə məlumat daxil olub.
Məlumatda bildirilir ki, artıq Biləcəridən bir neçə nəfər həbs edilib.
Görünür ölkə boyu dindarların yeni həbslərinə start verilib.
Mayın 6-da yüzlərlə dindarlar
Təhsil Nazirliyinin binasına iki istiqamətdən yürüş ediblər. "Hicaba Azadlıq", "Misir istefa", "Biz zülm etmərik, zülmə boyun əymərik" deyə şüarlar səsləndirən dindarlar, sonda Təhsil Nazirliyinin qarşısına gəlməyə nail olublar. Aksiya zamanı yerli polis və mülki geyimdə olan şəxslər nümayişçilərə, o cümlədən jurnalistlərə qarşı həddindən artıq kobud davranıb.
Təhsil Naziriliyinin qarşısında keçirilən aksiya zamanı 150-200 nəfər yaxın nümayişçi həbs olunub. Yaxınlıqda yerləşən müxtəlif polis bölmələrinə aparılan nümayişçilərin arasında bədən xəsarətləri alanlar, amasızcasına döyülənlər və qadınlar da olub. Polis aksiya zamanı göz yaşardıcı qazdan və dəyənəklərdən istifadə edib. həbs olunanlara cinayət işi açılandan sonra 5 nəfərə 12-15 sutka həbs vərilmişdir.