Tarix : 2011 May 10
Kod 22772

Polis dinc aksiyanı dağıdarkən insanları vura bilərmi? (qanundan çıxarış)

“Polis haqqında Azərbaycan Respublikasının Qanunu” bu barədə nə deyir?
Wellpromised/Aran agentliyi

 

Polis haqqında Azərbaycan Respublikasının Qanunu

 

I fəsil. Ümumi müddəalar

 

Maddə 4. Polisin fəaliyyət prinsipləri və istiqamətləri

I. Polis insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət, qanunçuluq, humanistlik və təkbaşçılıq prinsipləri əsasında fəaliyyət göstərir.

II. Polisin fəaliyyətinin əsas istiqamətləri aşağıdakılardır:

1) ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi;

 

Maddə 5. İnsan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi sahəsində polisin fəaliyyəti

I. Polis öz vəzifələrini yerinə yetirərkən irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, bütün şəxslərin Azərbaycan Respublikasının Konstitusiyasında və tərəfdar çıxdığı dövlətlərarası müqavilələrdə nəzərdə tutulmuş hüquqlarını və qanuni mənafelərini hüquqa zidd əməllərdən qoruyur.

II. Polisin hər hansı şəxslə insanın ləyaqətini alçaldan şəkildə rəftar etməsi yolverilməzdir. Cinayət törədən və ya törətməkdə şübhələnilən şəxsləri məlumat verməyə və ya cinayət əməlini törətməkdə təqsirini etiraf etməyə məcbur etmək, bu məqsədlə onları və digər şəxsləri hədələmək, işgəncəyə məruz qoymaq, onlara hər hansı fiziki və ya mənəvi təsir göstərmək qadağandır.

III. Şəxsin hüquq və azadlıqlarına qarşı polis tərəfindən bu Qanunla nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsinə yalnız Azərbaycan Respublikasının qanunları ilə müəyyən olunmuş əsaslarla və qaydada yol verilir.

IV. Hər hansı şəxsin hüquq və azadlıqları məhdudlaşdırıldıqda polis əməkdaşı məhdudlaşdırmanın əsaslarını və səbəblərini, habelə bununla əlaqədar həmin şəxsin hüquq və vəzifələrini ona izah etməlidir.

V. Polis tutulan və ya həbsə alınan şəxsin hüquqlarının həyata keçirilməsini təmin edir.

VI. Şəxsin hüquqları, azadlıqları və qanuni mənafeləri polis əməkdaşları tərəfindən pozulduqda polis orqanı həmin şəxsin pozulmuş hüquqlarının, azadlıqlarının və qanuni mənafelərinin bərpa olunması üçün zəruri tədbirlər görməyə, vurulan ziyanı ödəməyə borcludur.

 

II fəsil. Polis əməkdaşının səlahiyyətləri

 

Maddə 13. Polis əməkdaşının ümumi vəzifələri

I. Polis əməkdaşının ümumi vəzifələri aşağıdakılardır:

5) tutulmuş və ya həbsə alınmış şəxsin hüquqlarının və qanuni mənafelərinin pozulmamasını təmin etmək;

 

Maddə 14. İctimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi sahəsində polis əməkdaşının vəzifələri

İctimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi sahəsində polis əməkdaşının vəzifələri aşağıdakılardır:

1) hər bir şəxsin təhlükəsizliyini təmin etmək;

7) kütləvi tədbirlər zamanı ictimai asayişi təmin etmək;

 

Maddə 26. Polis tərəfindən fiziki qüvvənin, xüsusi vasitələrin və ya odlu silahın tətbiqi

I. Polis əməkdaşı onun qanuni tələblərini icra etməyən hər hansı şəxsə qarşı yalnız aşağıdakı hallarda fiziki qüvvə tətbiq edə bilər:

1) hazırlanan və ya törədilən cinayətin qarşısı alındıqda;

2) inzibati xətanı və ya cinayəti törədən şəxs tutulduqda;

3) hər hansı hüquqpozmanın törədilməsində güc işlədildikdə.

II. Polis əməkdaşı onun qanuni tələblərini icra etməyən hər hansı şəxsə qarşı xüsusi vasitələri aşağıdakı hallarda tətbiq edə bilər:

1) insan həyatına və sağlamlığına real təhlükə yaradan basqın və ya digər zorakılıq edildikdə;

2) qiyam və ya kütləvi ixtişaşlar baş verdikdə;

3) girov saxlanılan şəxs və ya zəbt olunmuş binalar, tikililər, qurğular, torpaq sahələri və nəqliyyat vasitələri azad edildikdə;

 

Maddə 33. Polis əməkdaşının məsuliyyəti

I. Polis əməkdaşı aşağıdakı əsaslara görə intizam məsuliyyətinə cəlb edilir:

1) xidmət apararkən hüquqa zidd hərəkət etdikdə;

2) xidmət və icra intizamını pozduqda;

3) polis əməkdaşı adına ləkə gətirən ləyaqətsiz hərəkət etdikdə.

 

/Deyerler.org/

 

 

  

  • Yazılıb
  • da (də) 2011 May 10