Azərbaycan prezidenti İlham Əliyev Gədəbəy Rayon Məhkəməsinin hakimi Hüseyn Tariyel oğlu ...
Wellpromised/Aran agentliyi
Azərbaycan prezidenti İlham Əliyev Gədəbəy Rayon Məhkəməsinin hakimi Hüseyn Tariyel oğlu Hüseynovun səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi haqqında sərəncam imzalayıb. Prezidentin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, işlərə baxarkən qanunvericiliyin tələblərini dəfələrlə kobudcasına pozduğuna görə Gədəbəy Rayon Məhkəməsinin hakimi Hüseyn Tariyel oğlu Hüseynovun səlahiyyətlərinə vaxtından əvvəl xitam verilib.