Wellpromised/Aran agentliyi
Ermənistan silahlı qüvvələri mayın 9-da saat 19.50-dən 19.55-dək və mayın 10-da saat 00.30-dan 00.45-dək Ermənistanın İcevan rayonunun Berkaber və Paravakar kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində və Ağstafa rayonunun ərazisindəki adsız yüksəkliklərdə, mayın 9-da saat 14.25-dən 14.50-dək Gədəbəy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, düşmən cavab atəşi ilə susdurulub, itki yoxdur.