“Polis daha çox qanunu pozanlara qarşı cəza tədbiri görməlidir, nəinki qanunun müdafiəsinə qalxan tərəfə”
Wellpromised/Aran agentliyi
“Polis daha çox qanunu pozanlara qarşı cəza tədbiri görməlidir, nəinki qanunun müdafiəsinə qalxan tərəfə”
“Nə “Təshil haqqında qanun”da, nə də digər qanunlarda hicabın qadağan edilməsi haqqında heç bir qanun yoxdur”. Bu sözləri Ümid Partiyasının sədri, millət vəkili İqbal Ağazadə 6 may “Hicaba azadlıq” askiyasının keçirilməsində yaşanan polis zorakılığı ilə bağlı birlik.az saytına müsahibə verərkən deyib.
Millət vəkili hesab edir ki, hicaba qarşı qadağa heç bir halda tətbiq edilə bilməz: “Hesab edirəm ki, hicaba qarşı qadağanı heç kəs tətbiq edə bilməz. Qadağa etmək istəyən şəxslər qanunla məsuliyyət daşıyırlar.”
İqbal Ağazadə polisin işi haqqında danışarkən bildirib ki, polis bu məsələdə qanunu pozanı müdafiə edir. “Ümumiyyətlə, polislərin qanunu pozan kəslərə qarşı təpki göstərməsi normal haldır. Amma bu məslədə isə belə olmadı. Polis daha çox qanunu pozanlara qarşı cəza tədbiri görməlidir, nəinki qanunun müdafiəsinə qalxan tərəfə. Dindarlar bu məsələdə qanunun müdafiəsinə qalxan tərəfdirlər.”