Tarix : 2011 May 14
Kod 22814

Mahir Cavadov: ''Seyyid Amili həqiqəti deyib''

İranın Ali Dini Lideri Ayətullah Xameneinin Ərdəbildəki təmsilçisi, həmçinin Ərdəbil şəhərinin İmam Cüməsi Seyyid Həsən Amilinin açıqlamaları ölkə və ölkədən xaricdə əks-sədaya səbəb olub.
عادلی/azarbaycan

Aran agentliyi


İranlı ayətullahın Azərbaycanın Daxili İşlər Nazirinin müavini, XTMD-nin komandiri Rövşən Cavadovun: "Mərhum Rövşən Cavadov ona yardım edən təbrizli generalla söhbətində çox maraqlı bir nüansı xatırlamışdı. O demişdi ki, çevrilişdən və prezident and içdikdən sonra ilk rəsmi görüşə məni çağırmışdı. Fikirləşirdim ki, məndən Qarabağın azadlığı haqda planımızın nədən ibarət olduğu soruşulacaq. Odur ki, döyüş və əməliyyat planını qovluğa qoyub bəylə görüşə getdim. Amma söhbət əsnasında çaşıb qaldım. Prezident stolunun üstündə bir qovluğa işarə edib dedi: “Sizin İranla bu günə qədər olan həmkarlığınızdan xəbərim var. (Həmin qovluq İsraildən Türkiyəyə, oradan da Azərbaycana göndərilmişdi) Artıq bu gündən bütün əlaqələri dayandırmalısınız. Bizə İranın köməyi lazım deyil. Mən bilsəm ki, Qarabağı İranın köməyi ilə geri alacağıq, o torpaqları ermənilərə bağışlayaram. Qarabağ ciddi bir problem deyil, az bir zamanda öz həllini tapacaq. Bizim müharibəmiz İranladır, özümüzü İranla müharibəyə hazırlamalıyıq. Bizim həqiqi düşmənimiz ermənilər deyil, farslardır” açıqlaması isə xüsusi şok açıqlama kimi mətbuatda yayılıb.

Bu haqda İslam-Azeri.az İnternet qəzeti Rövşən Cavadovun qardaşı, hazırda Avstriyada mühacirətdə yaşayan Mahir Cavadovun bu haqda fikirlərini öyrənib.

Mahir Cavadov Amilinin Rövşən Cavadovun haqqında dediklərini təsdiqləyərək bu barədə deyib: "Bəli, Seyyid Amilinin bu sözlərini mənə qardaşım (Rövşən Cavadov) deyib, mən bunu təsdiq edirəm. Ümumiyyətlə Ərdəbil şəhərinin İmam Cüməsi Seyyid Həsən Amilinin bütün açıqlamalarıyla razıyam. Elçibəy də, Heydər Əliyev də imkan vermədilər ki, İran bizə Qarabağ barədə yardım etsin. İnsanın meyyarı onun sözü yox, əməlləri ilə ölçülür. Qarabağın azad olmasını istəməyənlər isə, ancaq ermənilər ola bilər".

Mahir Cavadov İslam-Azeri.az müxbiri ilə müsahibəsi zamanı hicab aksiyası və ümumiyyətlə dindarlara qarşı təzyiqlərə də işarə edib: "Əslində hicab məsələsi deyil. İqtidar yaxşı bilir ki, dindarlar bu gün əgər cürət edib bu cür aksiya edirlərsə, sabah "istefa" tələb edə bilərlər. Həmçinin bu iqtidarın həyat tərzi dinimizə qarşı olduğundan, onlar yaxşı bilirlər ki, dindarlar istər-istəməz onlara qarşı çıxacaqlar".

  • Yazılıb
  • da (də) 2011 May 14