Bu gün Gəncənin Nizami Rayon Məhkəməsində ruhani Hacı Azər Cəbiyevin işi üzrə növbəti proses keçirilib.
عادلی/azarbaycan
Aran agentliyi
Məhkəmə zamanı Hacı Azər Cəbiyevə 4 il iş kəsilib.
Bu haqda İslam-Azeri.az İnternet qəzetinə Gəncəli dindarlar məlumat verib.
Məlumatda bildirilir ki, dövlət ittihamçısı Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə ittiham olunan ruhaniyə 4 il 6 ay azadlıqdan məhrum etmə cəzası istəyib.
Hakimlər müşavirədən qayıdarkən Gəncəli ruhani Azər Cəbiyevə 4 il iş kəsildiyini elan edib.
Hacı Azər Cəbiyevlə birgə eyni maddə ilə təqsirləndirilərək həbs olunan daha bir Gəncə ruhanisi Hacı Fəxri İlyasovun işi üzrə məhkəmə isə mayın 16-da keçiriləcək.