Səhər TV)-Rusiya xarici işlər nazirinin müavini bildirib ki, ölkəsi 5+1 qrupu ilə İranın müzakirələrinin yenidən başlanmasını müsbət qarşılayıb.
عادلی/azarbaycan
Aran agentliyi
İRNA-nın Moskvadan verdiyi məlumata əsasən Sergey Ryabkov cümə axşamı günü jurnalistlərlə keçirdiyi mətbuat konfransında deyib: Hələ ki İran və 5+1 qrupu müzakirələrinin yeni dövrü üçün dəqiq zaman müəyyənləşməyib və bu sahədə lazımi ahənglaşdırma həyata keçirilməyib.
"Biz və 5+1 qrupunun digər üzvləri Avropa Birliyinin xarici siyasət üzrə koordinatoru Katrin Aştonla daim əlaqədə olmuşuq və qrup üzvlərinin son əlaqəsi da ötən gün olub" -deyə Ryabkov bildirib.
Rusiya xarici işlər nazirinin müavini qeyd edib ki, 5+1 qrupu üzvləri Avropa Birliyinin xarici siyasət üzrə koordinatoru ilə birlikdə İranın Milli Təhlükəsizlik Ali Şurasının katibi Səid Cəlilinin məktubuna birgə cavabın formulunu hazırlamaqdayıq.
Ryabkovun sözlərinə görə, təbiidir ki, 5+1 qrupunun üzvləri İranın Milli Təhlükəsizlik Ali Şurasının katibinin məktubuna cavab verdikdən sonra yeni müzakirələr dövrünün zamanı barəsində fikir mübadiləsi aparsınlar.
Ryabkov ümid edib ki, Cəlilinin məktubuna cavabın hazırlanması və 5+1 qrupu ilə İranın yeni dövr müzakirələrinə dəqiq zamanın təyin olunması gedişi uzun çəkməyəcək.
İran İslam Respublikasının Milli Təhlükəsizlik Ali Şurasının katibi Səid Cəlili son zamanlar Avropa Birliyinin xarici siyasət üzrə koordinatoruna məktub ünvanlayıb. Məktubda danışıqların davam etməsi müsbət qarşılanıb, xalqların hüquqlarına hörmətlə yanaşmaq və təzyiq vasitəsindən çəkinmək əməkdaşlıqlar üçün iki əsas hesab olunub.B-23