Hacı Ağa Nuri : İranlı cavanların Qarabağ döyüşündə iştirakını göstərmək üçün ANS-in arxivini açmaq lazımdır
wellpromised/Aran agentliyi
Hacı Ağa Nuri : İranlı cavanların Qarabağ döyüşündə iştirakını göstərmək üçün ANS-in arxivini açmaq lazımdır.
Ərdəbilin İmam cüməsi Ayətullah Seyid Həsən Amilinin Qarabağ məsələsində İran İslam Respublikasının Azərbaycan Respublikasına insani və hərbi yardımlarına dair bəzi həqiqətləri faş etməsini müsbət qarşılayan Azərbaycan Respublikası İslam Partiyasının sabiq sədri Hacıağa Nurinin fikrincə artıq bununla bağlı ANS kanalının arxivində gizli saxlanılan kadrların açılmasının vaxtı çatıb.
Beynəlxalq Səhər kanalının suallarını cavablandıran Hacıağa Nuri vurğulayıb: " Höccətul-İslam Seyid Həsən Amili tarixin bəzi bağlı səhifələrini açıbdır .Mən Qarabağ məsələsində baş verən hadisələrlə yaxından tanış olan və hadisələrin iştirakçısı olan bir şəxs kimi deyə bilərəm ki , hələ ola bilər ki İranın Azərbaycan Respublikasında elədiyi yardımların böyük bir qismində açılmayıb . Mən o zaman meydanlarda olan bir şəxs kimi mərhum Rövşən Cavadov kimi amonçular İranın o zaman Azərbaycan Respublikasına hansı xidmətləri göstərdiyini yaxşı bilirlər .ANS kanalının arxivində o zamanın kadrları var ki, yaxşı göstərir iranlılar, Ərdəbil və Təbrizin gəncləri Qarabağ savaşında necə döyüşüblər. O zaman istər azərbaycanlıları aparıb İranda təlim vermək , istərsə də Azərbaycanda təlim mərkəzlərinin qurulmasında , qaçqınlar üçün humanitar yardımlarda və qaçqın düşərgələrində onlara pənah verməkdə , sərhədi açıb böyük qaçqın kütləsini fəlakətdən qurtarmaqda iranlı qardaşlarımızın unudulmaz köməkləri olub. "
Hacı Ağa Nuri əlavə edib: "Ola bilərdi ki Seyid Həsən Amili bununla əlaqədar bağlı səhifələri açmayaydı . Amma Azərbaycan Respublikasında bəzi Qərbə və sionistlərə asılı olan qüvvələr İranı Azərbaycan Respublikasının deyil , Ermənistanın tərəfində qələmə verirlər. Seyid Həsən Amili isə bunu nəzərə alıb və İranın Azərbaycan Respublikasında göstərdiyi köməkliklərinin bəzi bağlı səhifələrini açmağı məqbul sayıb . Hələ də çox hissələri deyilməyib."
"Nə üçün Azərbaycan Respublikası televiziyaları belə əhəmiyyətli məsələyə laqeyd yanaşırlar ?" sualına İslam Partiyasının sabiq sədri cavab verib: " istər elektron kütləvi informasiya vasitələri , mətbuat və istərsə də televiziyaların böyük əksəriyyəti müstəqil deyil və Qərbə , sionizmə və Rusiyaya bağlıdılar . Bunlar Azərbaycanın İrana yaxınlaşmasını istəmirlər , həmişə ona mane olublar və mane olmaqda çalışacaqlar . Müstəqil olsaydılar, İran-Azərbaycan arasında ortada olan müsbət faktlara aydınlıq gətirdilər. "