Qafqaz regionunun mətbuatı Rusiyanın Ermənistana Azərbaycan Respublikasının hava sərhədlərindən hərbi qüvvə və təchizat göndərdiyindən xəbər verib
wellpromised/Aran agentliyi
Qafqaz regionunun mətbuatı Rusiyanın Ermənistana Azərbaycan Respublikasının hava sərhədlərindən hərbi qüvvə və təchizat göndərdiyindən xəbər verib.
Tiflisdə çap olunan Axali Taoba qəzetinin məlumatına əsasən, 3 ildir ki, Rusiya Ermənistanın 102 saylı hərbi bazasına silah və hərbi qüvvə göndərmək üçün Azərbaycan Respublikasının hava sərhədlərindən istifadə edir.
Bu məlumata görə, Gürcüstan mətbuatı həmçinin bu sahədə Tiflis-Moskva razılaşmasının ləğvinə laqeyd qaldığını da qeyd edib. Rusiya 2008-ci ildən sonra hərbi qüvvə və silah göndərmək üçün Azərbaycan Respublikasının hava sərhədlərindən istifadə edir.
Gürcüstanın bəzi mətbuat vasitələri 2008-ci ildə Cənubi Osetiya müharibəsindən sonra Rusiya ilə əlaqələrini pozub. Beləliklə də Ermənistana hərbi qüvvə və silah göndərməsi haqda 2006-cı ildə bağlanmış razılaşma sənədi də qüvvədən düşüb. O zamandan etibarən, Rusiya hərbi qüvvələrini Azərbaycan vasitəsilə Ermənistana göndərir.
Bu elə bir haldadır ki, Ermənistan sərnişin təyyarələri də Rusiyaya uçmaq üçün Azərbaycan ərazisindən ötüb keçirlər.
Qeyd edək ki, Rusiyanın ən böyük düşərgəsi olan 102 saylı hərbi hissə Qafqazda, Ermənistan ərazisində yerləşir. Bu hərbi hissədə 3 min nəfər hərbi qüvvə, S-300 tipli raket sistemləri, MİG-29 qırıcıları və onlarla tank vardır.
Rusiyanın Azərbaycan Respublikası vasitəsilə Ermənistana hərbi qüvvə göndərməsi elə bir halda ifşa olunur ki, bundan əvvəl Ermənistanla Azərbaycan arasında Xankəndi aeroportu barədə narazılıqlar baş alıb gedir. Belə ki, Qarabağın mərkəzi Xankəndində aeroportun açılma məsələsi, onun ardınca Azərbaycan Respublikasının Naxçıvana uçan sərnişin təyyarələrinin Ermənistan hava sərhədini aşması haqda yaranan narazılıqlar olduğu zaman sən demə Rusiyaya uçan Ermənistan təyyarələri Gəncə rayonundan ötüb keçirmiş.