İran İslam Respublikasının qardaş Azərbaycan Respublikası xalqına Qarabağ müharibəsində köməklərini danmaq cəhdlərinin davamında ifrat türkçülük cərəyanına bağlı olanlar iddia ediblər ...
wellpromised/Aran agentliyi
İran İslam Respublikasının qardaş Azərbaycan Respublikası xalqına Qarabağ müharibəsində köməklərini danmaq cəhdlərinin davamında ifrat türkçülük cərəyanına bağlı olanlar iddia ediblər ki, "İranın gətirdiyi qüvvələri quldurluq etdiklərinə görə Heydər Əliyev Azərbaycandan çıxardı!"
İran İslam Respublikasının təşkilatçılığı ilə Qarabağ müharibəsində Azərbaycanın xeyrinə döyüşmüş mücahidləri muzdlu və quldur adlandıran Sərdar Həmidov Yeni Musavat qəzeti ilə müsahibəsində iddia edib ki, İranın Azərbaycana gətirdiyi əfqanların və digər millətdən olan muzdluların əksəri həbsxanada saxlanılan adamlar olub.
Keçmişdə Tərtər Özünümüdafiə Batalyonunun komandiri, sabiq icra başçısı Sərdar Həmidov digər tərəfdən "ümumiyyətlə, əfqanlarla olan ilk müqavilənin İrana hansısa bir aidiyyəti yox idi" deməklə yaxın tarixi necə qarışdırıb, saxtalaşdırdığına etiraf etmiş olub.
Ayətullah Seyid Həsən Amilinin açıqlamasını təhqiramiz ifadələrlə şübhə altına salmaqa uğursuz cəhd edən Sərdar Həmidov eyni halda etiraf edib : " Düzdür, İranın burada balaca bir batalyonu var idi. Təlim mərkəzi qurmuşdular. Onun da məqsədi nə idi, anlamırdım. Sonra əfqanları da ora cəlb etdilər. Həmin vaxt İranın buradakı təlim-batalyonu 776 saylı idi. AXC hakimiyyəti dövründə onların bir dəstəsi gəldi, bir müddət sonra hansısa missioner fəaliyyətlərinə görə deportasiya edildilər. Sonra hakimiyyət dəyişdikdən sonra başqa bir qrup gəldi. Ağdamda dördyol adlanan ərazidə onların bölürdülər. Prosesə o zaman baş nazirin müavini olan Rəsul Quliyev rəhbərlik edirdi. Məni da batalyon komandiri kimi ora döyüşçü götürməyə dəvət elədilər. Mən iranlıların təlim keçdiyi batalyondan əsgər götürmədim. Çünki hansısa bir təlim keçmiş əsgərə oxşamırdılar. Lakin həmin ərəfədə türk hərbçilərinin təlim keçdiyi batalyonlar var idi, orada cəngavər kimi əsgərlər yetişdirirdilər. Türklərin batalyonları düz Kəlbəcərə qədər döyüşlərdə şücaətlər göstəriblər".
Həqiqət qarşısında ağ yalan uydurmağa üstünlük verən Sərdar Həmidov əlavə edib ki, İranın gətirdiyi mücahidləri Azərbaycandan soyğunçuluq, quldurluq ittihamı ilə çıxarıblar.
Ergenekon terror təşkilatının başçısı Vəli kiçiki tərifləyib Seyid Həsən Amilini təhqir edən Sərdar Həmidov əlavə edib : "Bu adam indi Vəli Kiçiyi ittiham edir. Axı hər kəsə bəllidir ki, Vəli Kiçiyin və digər türk paşalarının rəhbərliyi altında türk zabitlər tərəfindən Azərbaycanda elə iki hərbi hissə hazırlanıb ki, onlar ermənilərə qan uddururdular! 1992-ci ildən 1994-cü ilə qədər türklər Azərbaycanın ordu quruculuğunda yaxından iştirak ediblər. Vəli Kiçiyin Azərbaycana münasibəti də bəllidir. Xocalı faciəsini, dövlət çevrilişini onun üstünə yıxmaq böhtandan başqa bir şey deyil.
Qeyd etmək lazımdir ki, Seyid Həsən Amili əhəmmiyyətli açıqlamasında İranın Azərbaycan Respublikasına dair bəzi məxfi məlumatları açaraq bildirmişdir : ""Azərbaycan cəbhələrində İranın iştirakını görən Qərb öz planlarının iflasa uğrayacağını başa düşdü. Regionda İslam inqilabı dalğasına qarşı yaranmış "Ergenekon"a gizli tapşırıqlar göndərildi. Qardaş Türkiyədə, hərbçilər arasında "Mossad"ın ustalıqla yaratdığı Ergenekon təşkilatı Azərbaycan cəbhələrində İranın fəaliyyətinə xitam vermək üçün xüsusi tapşırıq aldı... Bu missiyanı həyata keçirmək üçün Vəli Kiçiyə tapşırıq verilir. Vəli Kiçiyin rəhbərliyi altında Azərbaycanda xüsusi təşkilat yaranır, dövlət çevrilişi planı hazırlanır. Bu çevrilişin həyata keçməsi üçün cəbhədə böyük itki üz verməli idi. Məhz belə şəraitdə Xocalı faciəsi amansızlıqla tamaşaya qoyuldu."