Wellpromised/Aran agentliyi
“Biz Azərbaycan prezidenti İlham Əliyevlə görüşmək niyyətindəyik. Bu məqsədlə də ona müraciət etmişik. İndi etdiyimiz müraciətə cavab gözləyirik. Hələlik cavab verilməyib. İstəyirik ki, problemləri müzakirə edək. Bəlkə görüşsək bütün məsələlər həll ediləcək və mitinqlərə də, ehtiyac qalmayacaq. Biz ölkədə sabitliyin, əmin-amanlığın tərəfdarıyıq və bu mövqeyimizi dəfələrlə ifadə etmişik. Yəqin ki, yaxın on gün ərzində müraciətin cavabını gözləyəcəyik”. Bunu İslam Partiyasının sədri Elçin Manafov deyib.
O bildirib ki, müraciətə verilən cavabdan asılı olaraq növbəti addımlarını atacaqlar: “Əgər bizi qəbul etsələr və dinləsələr yəqin ki, problemlərin əksəriyyəti həllini tapar və bu zaman mitinqlərə ehtiyac yaranmaz. Bizim də məqsədimiz mitinq keçirmək deyil. Əksinə qaldırdığımız problemlərin həll edilməsini istəyirik”.
İslam Partiyasının sədri deyib ki, əgər prezidentlə görüşə bilməsələr, bundan sonra yenidən mitinq keçirməklə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edəcəklər: “Bu halda biz mitinq keçirəcəyik. Onu da deyim ki, partiyamızda mitinq keçirmək ab-havası var. Nəinki partiya üzvlərimiz, hətta bitərəf insanlarda bizdən mitinq keçirməyi tələb edirlər”.