Azərbaycan Respublikasında QİÇS-lə mübarizə mərkəzinin sədri deyib: ''Son 24 ildə Azərbaycan Respublikasında bütövlükdə 2909 nəfər QİÇS xəstəsi qeydiyyata alınıb
wellpromised/Aran agentliyi
Azərbaycan Respublikasında QİÇS-lə mübarizə mərkəzinin sədri deyib: "Son 24 ildə Azərbaycan Respublikasında bütövlükdə 2909 nəfər QİÇS xəstəsi qeydiyyata alınıb".
İRNA-nın verdiyi məlumata əsasən, Həqiqət Qədirova deyib: "Azərbaycan Respublikasında bu xəstəliyə yoluxanların 104 nəfəri xarici ölkə vətəndaşlarındandır".
Qədirova deyib: "Bu müddətdə Azərbaycan Respublikasında QİÇS xəstəliyinə yoluxanlardan 387 nəfəri vəfat edib. Onlardan 342 nəfəri kişi, 45 nəfəri isə qadındır".
Həqiqət Qədirovanın sözlərinə görə, ölkədə bu xəstəliyə yoluxanların 181 nəfəri 30-39, qalanı isə 40-dan çox yaşı olanlardır.
Qədirova deyib: "Hazırda immun sistemi çatışmazlığı üzrə virusunu daşıyan 787 nəfər QİÇS mərhələsinə çatıblar".
Qədirova Azərbaycanda son 4 ildə qeyd edilən xəstəliyə yoluxma miqdarının sabit qalmasını bildirərək, deyib: "Son 4 ildə orta hesabla illik olaraq 450 nəfərin bu xəstəliyə yoluxması qeydə alınıb.