İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü Qarabağ münaqişəsinin dinc yolla həllini dəstəkləyib
wellpromised/Aran agentliyi
İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü Qarabağ münaqişəsinin dinc yolla həllini dəstəkləyib.
Ramin Mehmanpərəst bu gün müxbirlər üçün keçirdiyi mətbuat konfransında Tehranın Qarabağ münaqişəsi ilə əlaqədar mövqeyinə toxunaraq deyib : Qarabağ münaqişəsinin nizamlanması məsələsində İranın mövqeyi dəyişməz olaraq qalır və rəsmi Tehran bu münaqişənin diplomatik yollarla çözülməsini himayə edir.
Onun sözlərinə görə, Tehran beynəlxalq meyarlar çərçivəsində münaqişə tərəflərinin ortaq məxrəcə gəlməsini arzulayır.
Hökumət rəsmisi həmçinin İran dövlətinin Qarabağ münaqişəsini həllinə köməklik göstərməyə hazır olduğunu bildirib