90-cı illərin əvvəllərində İranla sərhəd bölgəsində ermənilərlə müharibədə İranın hərbi yardımları bu məktublarda sənədli olaraq təsdiqlənir
wellpromised/Aran agentliyi
İİR Ərdəbil şəhərinin hörmətli imam-cüməsi Seyid Həsən Amilinin Qarabağ savaşında Azərbaycana hərbi yardımlarla bağlı açıqlamasının ardınca Aran İrnformasiya Agentliyinə mövzu ilə bağlı saysız məktublar daxil olub.
90-cı illərin əvvəllərində İranla sərhəd bölgəsində ermənilərlə müharibədə İranın hərbi yardımları bu məktublarda sənədli olaraq təsdiqlənir. Həmin yardımlara şahid olan həmvətənlərimiz müxətlif formalarda Aran İnformasiya Agentliyi ilə əlaqə saxlayıb faktla bağlı sənədlər və dəlillər təqdim etmək istəklərini bildirirlər. Bir qrup həmvətənimiz şahidlik edir ki, sabiq spiker Rəsul Quliyev, sabiq müdafiə naziri Rəhim Qazıyev, hazırkı müdafiə naziri Səfər Əbiyev mövzu ilə bağlı Ərdəbil şəhərində olublar. Həmvətənlərimiz bizə təqdim etdikləri sənədlərin mətbuatda yayılmasını arzulayırlar. Azərbaycana hərbi yardımların bəzi Bakı rəsmiləri tərəfindən inkar edilməsi vətəndaşlarımızı heyrətə gətirir. Aran İnformasiya Agentliyi faktla bağlı ilkin məlumatı yaydıqdan sonra Tabnak agentliyi də Azərbaycana hərbi yardımlarla bağlı faktlara malik olduğunu bildirib.
Aran İnformasiya Agentliyi öz fəaliyyətlərində daim təlaş göstərib ki, Azərbaycan Respublikasında ictimai fikri İranın ziddinə kökləyən, xalqı bədbinləşdirən ünsürlərin yaydığı şübhələri aradan qaldırsın. Ötən onillikdə bu istiqamətdə fəaliyyətlər reallaşıb.