Rusiyanın Ermənistanda 102 saylı hərbi bazaya qüvvə və təchizat göndərməsi üçün Azərbaycan Respublikasının hava zolağından istifadə etməsi ilə əlaqədar ...
wellpromised/Aran agentliyi
Rusiyanın Ermənistanda 102 saylı hərbi bazaya qüvvə və təchizat göndərməsi üçün Azərbaycan Respublikasının hava zolağından istifadə etməsi ilə əlaqədar xəbərin ifşa olunmasından bir neçə günün keçməsinə baxmayaraq, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi bu barədə sükut edir.
Bakıdakı yerli mənbələrin məlumatına əsasən, Azərbaycan Respublikası hökumət orqanlarının dəstəyi ilə İrana qarşı mətbuat konfransları keçirməkdə vəzifəli olan Azərbaycan Respublikası Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri Mübariz Əhmədoğlu bu gün bu məsələyə toxunub. Lakin Ermənistanda 102 saylı hərbi bazaya qüvvə və təchizat göndərmək üçün Rusiyanın Azərbaycan Respublikasının hava zolağından istifadə etməsi xəbərini təkzib etmək üçün sübutlar göstərə bilməyib.
Qafqaz regionunun bəzi mətbuatı, o cümlədən Tiflisdə çıxan Axali Taoba qəzetinin ifşaçılığına əsasən, Rusiya Ermənistanda 102 saylı hərbi bazaya silah və hərbi qüvvə göndərmək üçün Azərbaycan Respublikasının hava zolağından istifadə edir.
Bu məlumata əsasən, Gürcüstanın bəzi mətbuat orqanları 102 saylı bazaya hərbi qüvvə və təchizat göndərmək üçün Gürcüstanın hava zolağından istifadə olunması ilə əlaqədar bu ölkənin Rusiya ilə olan razılaşmasının ləğvi barəsində Gürcüstan parlamentinin son qərarını əhəmiyyətsiz sayaraq bildiriblər ki, Rusiya 2008-ci ildən bu məqsəd üçün Azərbaycan Respublikasının hava zolağından istifadə edir.
Gürcüstan mətbuatının yazdığına görə, 2008-ci ildə Cənubi Osetiya müharibəsindən sonra Gürcüstan Rusiya ilə öz əlaqələrini dayandırdı və bununla da Ermənistanda 102 saylı hərbi bazaya qüvvə və silah göndərmək üçün Gürcüstanın hava zolağından istifadə ilə əlaqədar iki ölkənin 2006-cı ildəki razılaşmasının icrası dayandırıldı.
Bu məlumata əsasən, Rusiya həmin zamandan sonra Ermənistanda 102 saylı hərbi bazaya qüvvə və hərbi silah-sursat göndərmək üçün Azərbaycan Respublikasının hava zolağından istifadə edir. Eyni zamanda Ermənistanın sərnişin təyyarələri də hal-hazırda Rusiyaya uçuş üçün bu istiqamətdən istifadə edirlər.
Rusiyanın Siyasi və Hərbi Araşdırmalar İnstitutunun eksperti Kiril Zubkov bundan öncə etiraf etmişdi ki, Rusiyadan Ermənistana silah-sursat və qüvvə tranziti 2008-ci ildə Cənubi Osetiyada müharibədən sonra praktiki olaraq dayandırılmışdı.
102 saylı hərbi baza Rusiyanın Qafqaz bölgəsində ən böyük bazasıdır. Bu baza Ermənistanın şimalında Gümrü rayonunda yerləşir.
Bu bazada 3 mindən çox hərbi qüvvə, çoxlu sayda hərbi təchizat, o cümlədən S-300 zenit raket kompleksi, Miq-29 qırıcı təyyarələri və onlarla tank yerləşdirilib.
2001-2007-ci illər ərzində Rusiyanın Gürcüstandakı hərbi bazaları, o cümlədən Axalkalaki və Batumi hərbi bazalarının təchizatları boşaldılaraq 102 saylı bazaya köçürülüb.
2010-cu il avqust ayının 20-də Rusiya prezidenti Dmitri Medvedyevin Ermənistana səfəri zamanı, iki ölkənin müdafiə nazirləri bir anlaşma imzaladılar. Anlaşmaya əsasən, Rusiyanın bu bazadan istifadə və icarə müddəti artırıldı.
Bu anlaşmaya əsasən Rusiya hərbi təhdidlər qarşısında Ermənistanın təhlükəsizliyini dəstəkləmək üçün bu bazadan istifadə etməlidir. Qarşılıqlı olaraq iki ölkənin 1995-ci il müqaviləsini islah edilərək, Rusiyanın bu bazadan istifadəsi 25 ildən 49 ilə qədər artırıldı və Rusiya 2044-cü ilə qədər bu bazadan istifadə edəcək.
Bu anlaşmaya əsasən, habelə Rusiya bazanın təchizatlarını yeniləşdirməlidir. Həmin zaman Gürcüstan bu anlaşmaya reaksiya verdi və onu Qafqazın təhlükəsizliyi qarşısında maneə hesab etdi.
Gürcüstanın xarici işlər naziri Qriqol Vaşadze dedi ki, qeyd olunan baza Dağlıq Qarabağ münaqişəsinin həlli sahəsində sülh yollarını problemlə üzləşdirir.
Rusiyanın 102 saylı hərbi bazasına hərbi qüvvə və təchizat göndərməsi üçün Azərbaycan Respublikasının hava zolağından istifadə etməsinin ifşa olunması elə bir haldadır ki, bundan öncə Dağlıq Qarabağın mərkəzində Xankəndidə aeroportun açılması və İrəvan-Xankəndi və əks istiqamətdə uçuşların həyata keçirilməsi barəsində Ermənistan və Azərbaycan Respublikasının söz qalmaqalı, ardınca Azərbaycan Respublikasının sərnişin təyyarələrinin Ermənistan hava zolağından keçməsinin qarşısının alınması ilə əlaqədar İrəvanın təhdidi ilə müəyyənləşdi ki, Ermənistanın Rusiyaya uçan sərnişin təyyarələri Azərbaycan Respublikasında Gəncə rayonunun hava zolağından istifadə edirlər