Tarix : 2011 May 17
Kod 22871

Gəncəli ruhaninin məhkəməsi təxirə düşüb

Ruhani Fəxri İlyasovun məhkəmə prosesi mayın 20-si saat 15.00-dək təxirə salınıb
wellpromised/Aran agentliyi

Ruhani Fəxri İlyasovun məhkəmə prosesi mayın 20-si saat 15.00-dək təxirə salınıb. Məlumatı “Media forum” saytına vəkil Elçin Namazov verib.

Fəxri İlyasov Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə şərlənərək (silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə xuliqanlıq) ittiham olunur. O və digər ruhani Azər Cəbiyev yanvar ayında Gürcüstana gedərkən, sərhəd postunda həbs ediliblər. Artıq Gəncənin Nizami Rayon Məhkəməsi Azər Cəbiyevin 4 il müddətinə azadlıqdan məhrum edilməsinə dair hökm çıxarıb.

Vəkil Elçin Namazov “Media forum”a açıqlamasında bildirib ki, Azər Cəbiyevin məhkəmə prosesindən hazırlanan protokollarla tanış olmaq istəyir: “Həmin protokollar hazır olmadığına görə mayın 16-da hakim Gündüz Şirinovdan prosesinin təxirə salınmasını xahiş etdim. İndiyə qədər cəmi bi proses keçirilib, o da məhkəmə hazırlığı. Mayın 20-də məhkəmə istintaqı başlayacaq”.

  

  • Yazılıb
  • da (də) 2011 May 17