Tarix : 2011 May 17
Kod 22872

Dindarların evlərində axtarışlar başladı

Bu gün Bakıxanovda bir dindarın evində axtarış aparılıb
wellpromised/Aran agentliyi

HaqqYolu - Bu gün Bakıxanovda bir dindarın evində axtarış aparılıb.  Dindarlar axtarışın polis və prokurorluq əməkdaşlarının apardığını önə çəkiblər.

Məlumatda qeyd olunur ki, barəsində 221.1.1 maddəsilə cinayət işi açılan Füzuli rayonundan məcbiri köçkün Şirxan Orucovun evinə daxil olan əməliyyat qrupu axtarışı 5 dəqiqə əvvəl bitirib.

Bundan başqa Bakıxanov qəsəbəsinin digər sakini 6 may aksiyasında həbs edilən dindar Zaur İsgəndərovun da evində axtarış aparılıb.

Qeyd edək ki, bu ilk haldır ki, polis və prokurorluq 6 may "Hicaba azadlıq" aksiyasında həbs olunanların evində axtarış aparıb.

 

 

  

  • Yazılıb
  • da (də) 2011 May 17