Tarix : 2011 May 17
Kod 22874

Türkiyədə Xanım Fatimənin (s.ə) mövludu münasibətilə möhtəşəm tədbir keçirilmişdir

Türkiyədə Həzrəti Fatimənin (s.ə) mövludu ilə əlaqədar tədbirlərə start verilib
wellpromised/Aran agentliyi

HaqqYolu - Türkiyədə Əhli-Beyt (ə) davamçıları bəşəriyyətin sonuncu Peyğəmbəri Həzrət Muhəmmədin (s) sevimli qızı, möminlərin anası Həzrəti Fatimənin (s.ə) mövludu ilə əlaqədar tədbirlərə start veriblər. Xanım Fatimənin (s.ə) dünyaya gəlməsinin 1440-cı ili ilə əlaqədar "Zəhra Ana Yardımlaşma Dərnəyi" tərəfindən təşkil olunan mövlud tədbirində minlərlə insan iştirak edib. Tədbirdə ölkənin tanınmış ictimai xadimləri ilə yanaşı, Livan, İran, Əfqanıstandan da qonaqlar iştirak ediblər. Bayram tədbirində çıxış edən Türkiyə Cəfərilərinin lideri Səlahəddin Özgündüz, "Bu günü qadınlarımızın haqlarının, hüquqlarının gözdən keçirilməsi, xatırlanması, analarımıza olan borclarımız və vəzifələrimizi gözdən keçirmək günü olaraq qəbul edirik. Həqiqətdə hər gün analar günüdür. Bu gün Həzrəti Fatimənin (s) doğum günü münasibətilə buraya toplaşmışıq" - deyib.

Tədbirdə çıxış edənlər İslamda qadının toplumda yeri, Müsəlman qadınlar üçün Həzrəti Fatimənin (s) örnək olduğu, hazırkı vəziyyətdə dünyada qadının rolundan danışılıb.

Tədbirdə şerlər söylənilib, Zeynəbiyyə Gənclik Teatrı tərəfindən Həzrət Fatimənin (s.ə) və Əhli-Beytin (ə) fəzilətlərindən bəhs edən tamaşa göstərilib. Tədbir "Cem Tv" telekanalı vasitəsilə canlı yayımlanıb.

 

  

  • Yazılıb
  • da (də) 2011 May 17