MAŞAV layihəsi çərçivəsində Sionist rejim Ermənistanın zabitləri ilə birlikdə Azərbaycan Respublikası zabitlərinə kurs təşkil edəcək
wellpromised/Aran agentliyi
MAŞAV layihəsi çərçivəsində Sionist rejim Ermənistanın zabitləri ilə birlikdə Azərbaycan Respublikası zabitlərinə kurs təşkil edəcək.
Bu haqda İslam-Azeri.az İnternet qəzeti İsrail mediasına istinadən xəbər verir.
Xəbərdə bildirilir ki, may ayının 20-dən sonra Azərbaycan, Ermənistan, Gürcüstan, Rusiya, Qazaxıstan, Özbəkistan və Belarusdan 28 zabit İsrail hüquq-mühafizə orqanları tərəfindən təşkil ediləcək təlim-kurslara qatılacaq.
MAŞAV tərəfindən təşkil ediləcək bu kursların müddəti 3 həftə olacaq. Polkovnik leytenant rütbəsindən aşağı olan zabitlər bu kurslarda iştirak etdilirməyəcəklər.
Bu təlimin təşkilatçısı, MAŞAV rəsmisi S.Qay bildirib ki, bu kursları bitirmiş və gələcəkdə bitirəcək hər bir zabit əslində "İsrailin səfiri" rolunu icra edirlər və İsrail haqqında bilməyənlərə yaxşı təəssüratlar yaratmaqdadırlar.
Sionist rejimin müxtəlif ölkələrdə xərçəngvari nüfuzunun təmin edən təşkilatlardan sayılan və 1958-ci ildən fəaliyyətə başlayan MAŞAV layihəsi çərçivəsində indiyə qədər 140 ölkədən 200 mindən artıq şəxsin kurs keçdiyi məlumdur.
Proqramın əsas fokus sahələri örtük olaraq kənd təsərrüfatı, elm və texnologiya, idarəetmə və sahibkarlıq, təhsil kimi istiqamətlərdir. Ancaq ekspertlərin fikrincə sionist rejim bu adlar altında hədəf ölkələrdə öz təhlükəli nüfuzunu yayır.
Ekspertlər düşünürlər ki, MAŞAV əslində İsrailin xüsusi xidmət orqanlarına bağlı bir qurumdur və bu təlimlərin əsl mahiyyəti sionist rejimin qizli maraqlarına söykənir.
Azərbaycan Respublikası "Fəzilət" partiyasının sədri Hacı Gündüz Hacıyev bu haqda deyib: "Ermənistan Qarabağı işğal edib. Yəni Ermənistan təcavüzkar bir dövlətdir. O cümlədən də İsrailin təcavüzkar olması dünya tərəfindən qəbul edilən bir məsələdir. Necə ola bilər, bizim düşmənimiz olan Ermənistanla birlikdə sionist rejimin təlimlərində bizim yüksək rütbəli zabitlərimiz iştirak etsin?Bu kurslar əslində İsrailin öz marağı çərçivəsində həyata keçirilir. Buna görə də, Azərbaycan höküməti onların oyununa aldanmamalıdır".