wellpromised/Aran agentliyi
Azərbaycan Respublikası Xalq Cəbhəsi partiyasının xarici siyasət məsələləri üzrə sədr müavini Razi Nurullayev Dağlıq Qarabağ müharibəsində İranın Azərbaycan Respublikasına hərbi dəstəyi barəsində Ərdəbilin imam cüməsinin açıqlamalarına işarə edərək deyib: Bu açıqlamalar yetərincə həqiqətləri əks etdirir.
Bakıdakı yerli mənbələrin məlumatına əsasən, Nurullayev deyib: Həqiqət budur ki, İranın həmin zaman Azərbaycan Respublikasına kömək məqsədi olub. Lakin Azərbaycanın İrandan kömək alması və Qarabağ məsələsi ilə əlaqədar Tehranın köməklərindən istifadə etməsi Rusiya, ABŞ və qərblə mübarizə mənasında əsaslandırıldı.
İranın Azərbaycan Respublikasına hərbi köməkləri gedişində sionist rejimin və onun Bakıdakı asılılarının maneçiliklərinə toxunan Nurullayev etiraf edib ki, İsrailin casusluq xidmətinin Azərbaycanı bu səbəbə görə cəzalandırması mümkün idi.
İranın Ərdəbil ostanının imam cüməsi Höccətülislam Seyid Həsən Amili son vaxtlar Azərbaycan Respublikası İslam partiyasının banisinin vəfatının anılması ilə əlaqədar keçirilən mərasimdə ilk dəfə olaraq Dağlıq Qarabağ münaqişəsində İranın Azərbaycan Respublikasına hərbi dəstəklərinin önəmli cəhətləri və ABŞ, Rusiya və sionist rejimin bu hərəkətdən narazılığını ifşa etdi və İranın Ermənistanı dəstəkləməsi iddiasını rəzillik sayıb.
Ərdəbil imam cüməsi çıxışının bir hissəsində Şuşanın işğal olunmasının qarşısının alınması istiqamətində silah-sursat göndərilməsi, Şuşa və digər rayonların işğalı zamanı bəzi azərbaycanlı rəsmilərin xəyanəti, erməni separatçıların irəliləməsinin qarşısını almaq üçün Azərbaycan Respublikasında iranlı generallar tərəfindən hərbi mərkəzin təsis olunması və Qarabağda ön cəbhədə əfqan mücahidlərin təşkilatlandırılmasına toxunaraq deyib: Biz ermənilərə deyil, azərbaycanlı qardaşlarımıza silah-sursat verirdik. Bizim hərbi təlim mərkəzimiz Ermənistanda deyil, Azərbaycanda mövcud olub. Azərbaycanda minlərlə canlı şahid var ki, mənim açıqlamalarımı təsdiqləyə bilərlər. Onlar hələ yaşayırlar və əgər azacıq insafları olsa, sözlərimi təsdiqləyəcəklər.
Ərdəbil ostanı imam cüməsinin Dağlıq Qarabağ müharibəsində Tehranın Bakıya hərbi dəstəyi barəsində ifşaçılığı İranofobist dairələrin narazılığına səbəb olub. Belə ki, bu İranofobist dairələr uzun illərdir ki, ABŞ və sionist rejimin maliyyə və siyasi dəstəyi ilə və yalançılıqla İranın Ermənistanı dəstəkləməsini iddia edirlər.
Azərbaycan Respublikasında bir çox şəxsiyyətlər və fikir sahibləri, o cümlədən Azərbaycan Respublikası parlamentinin sədri olmuş və 1992-ci ildə prezidentin səlahiyyətlərini icra etmiş Yaqub Məmmədov və Azərbaycan Respublikasının xüsusi təyinatlı polis dəstəsinin sabiq rəisi Rövşən Cavadovun qardaşı Mahir Cavadov bu məsələnin doğruluğunu qeyd ediblər