Tarix : 2011 May 18
Kod 22890

Sionist rejim'' Eurovision'' qalibini necə hazırladı?

Eurovision'' 2011 mahnı müsabiqəsində Azərbaycan Respublikasından gedən müğənnilər Eldar Qasımov və Nigar Camal birinci yer tutdular''
wellpromised/Aran agentliyi

 

"Eurovision" 2011 mahnı müsabiqəsində Azərbaycan Respublikasından gedən müğənnilər Eldar Qasımov və Nigar Camal birinci yer tutdular. Bu isə mətbuatda müxtəlif müzakirə mövzusuna çevrilib.

Mahnının plagiat olması, xərclənən pulların açıqlanmaması, səhnədə Azərbaycan Respublikasının bayrağının yerinə Türkiyə bayrağının qaldırılması, müğənnilərin təmiz Azərbaycan dilində danışa bilməməsi, İsrail rejimi səfirinin kinayəli təbriki, birinci yeri almaq üçün neft pullarından ayrılan vəsayitlər və s... .Amma bu gün başqa fakt da mətbuata sızıb ki, "Eurovision" 2011 mahnı müsabiqəsində Eldar Qasımovun nailiyyətində sionist rejimin böyük əməkləri olub.

"İzrus" saytı xəbərinin başlığında yazır: "Bakıdan unikal fotolar: İsrail "Eurovision" qalibini necə hazırladı?""

Xəbərdə həmçinin bildirilir ki, Eldar Qasımov "Evrovision" beynəlxalq müsabiqəsində birinci yeri tutduğuna görə, artıq Azərbaycanın yeni milli qəhrəmanı kimidir. Çox az adam bilir ki, o ilk addımlarını İsrailin Mədəniyyət Mərkəzlərində atıb.

Bakıdakı İsrail rejimi səfirliyi bildirib ki, Eldar 2007-ci ildə İsrail Mədəniyyət Mərkəzindən Bakıya gəlib və xalq artisti Mübariz Tağıyevdən dərs alıb.

 

 

  

  • Yazılıb
  • da (də) 2011 May 18